27 C
Baku
Saturday, July 27, 2024

Aktivlərin idarə olunması departamentinin Hasilat sənayesi və energetika şöbəsinə “Baş mütəxəssis” – Azərbaycan İnvestisiya Holdinqi

0
Bakı
19.05.2023

Vakansiyanın təsviri

  • Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş dövlət müəssisələrinin (bundan sonra – portfel şirkətləri) hasilat sənayesi və energetika sahəsində səmərəliliyinin artırılması, maliyyə dayanıqlılığının yaxşılaşdırılması, gəlirlərinin artırılması və xərclərinin optimallaşdırılması üzrə imkanları müəyyən etmək və təkliflər hazırlamaq;
  • Portfel şirkətlərinin korporativ idarəetmə orqanlarının fəaliyyətinə dəstək üçün müzakirə mövzusu olan məsələlərlə bağlı təhlillər aparmaq, hesabatlar və tövsiyələr hazırlamaq;
  • Portfel şirkətlərinin orta və uzunmüddətli strateji inkişaf, biznes planlarını hazırlamaq və həmin şirkətlər qarşısında qoyulan hədəflərin icrasına nəzarəti təmin etmək;
  • Portfel şirkətləri tərəfindən hazırlanmış büdcələr, idarəetmə hesabatları, maliyyə modelləri, eləcə də digər maliyyə və əməliyyat məlumatlarının, təklif olunan təşəbbüslərin (investisiya, satınalma, yenilənmə planı) təhlilini həyata keçirmək, onlar əsasında hesabatlar və təqdimatlar hazırlamaq;
  • Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyət istiqamətlərindən irəli gələn təşəbbüslər üzrə yerli və xarici məsləhətçi şirkətlərlə birbaşa işləmək və effektiv unsiyyəti təmin etmək;
  • İşgüzar yazışmaları aparmaq və daxil olan məktubları cavablandırmaq

Xüsusi tələblər

  • Ali təhsil (korporativ maliyyə/maliyyə, biznesin idarə edilməsi və iqtisadiyyat istiqamətləri üzrə);
  • İxtisası üzrə ən az 4 il iş təcrübəsi və ən az 1 il idarəetmə təcrübəsi;
  • CFA və ya ACCA üzvü olmaq (arzuolunandır);
  • Maliyyə və əməliyyat vəziyyətinin təhlilinin (due diligence) aparılması təcrübəsi (arzuolunandır);
  • MS PowerPoint proqramında təqdimatların peşəkar səviyyədə hazırlanması təcrübəsi;
  • MS Excel proqramında orta çətinlik dərəcəsinə malik maliyyə modelləri ilə işləmək və onların yığılması ilə bağlı təcrübə;
  • Ünsiyyət, münasibət qurmaq bacarıqları və təşəbbüskarlıq;
  • Yüksək səviyyəli analitik bacarıqlar və sürətli öyrənmə qabiliyyəti;
  • Çətin və stresli iş qrafikində işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (mükəmməl), Rus dili (arzuolunandır).
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları