15 C
Baku
Friday, November 15, 2024

Aktuari – PAŞA Sığorta

0
Aktuari – PAŞA Sığorta
Bakı
21.08.2020

“PAŞA Sığorta” ASC namizədləri Aktuari vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir keçməyə dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Müvafiq sığorta məhsulları tariflərinin nəzərdən keçirilməsi;
• Seqmentasiyaya əsasən zərərlilik və sığorta haqqı ilə bağlı dinamikanı izləmək, bu istiqamətdə təkliflər vermək;
• Ehtiyac olan analizlərlə bağlı komandaya dəstək vermək;
• Şəxsi inkişafa ciddi əhəmiyyət verməklə və bu sahə ilə bağlı imtahanlarda müvəffəqiyyət qazanmaqla aktuariat sahəsində ixtisaslaşmaq.

Təcrübə:

• Riyaziyyat, aktuariat (actuarial science), statistika, iqtisadiyyat və ya digər texniki ixtisaslar üzrə bakalavr və ya magistr təhsili;
• Ən azı 2 aktuari imtahanı üzrə uğurlu nəticə;
• Sığorta sahəsində minimum 2 il aktuari təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.

Biliklər:

• Microsoft Excel ilə mükəmməl səviyyədə işləmək;
• SQL və bu kimi proqramlarda işləmək;
• Azərbaycan və rus dillərini səlis bilmək;
• İngilis dilini bilənlərə üstünlük veriləcəkdir.

Bacarıqlar:

• Dəyişən prioritetlərə yüksək hazırlıq;
• Komanda ilə işləmək bacarığı;
• Analitik, yaradıcı düşünmə və problemləri həll etmə bacarıqları;
• İntizamlı və çarpaz funksiyalı iş mühitində işləmək bacarığı.

Son müraciət tarixi: 15 sentyabr, 2020.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

İşin aid olduğu sahə

KateqoriyaSığorta