“A+CO” MMC şirkəti Büdcə və Hesabatlılıq şöbəsinə “Analitik ” vəzifəsi üzrə işçi axtarışı elan edir.
Tələblər:
• Maliyyə və İqtisadiyyat üzrə ali təhsili.
• Yaş: 21-30.
• Yerli qanunvericilik və İFRS sahələrində praktiki və ya nəzəri biliyi olan namizədlərə üstünlük veriləcəkdir.
• Mükəmməl MS Office (MS Excel) proqram bilikləri
• Logo Tiger 3 Enterprise proqram bilikləri aruz olunandır.
• Məsuliyyətlilik və detallara qarşı diqqətlilik.
Vəzifə öhdəlikləri:
• Şirkətin illik maliyyə və büdcə planlarının, balans, mənfəət və zərər, nəğd pulun hərəkəti proqnozlarının hazırlanmasında iştirak;
• Struktur bölmələrin təqdim etdiyi büdcə layihələrinin təhlil edilməsi;
• Büdcənin icrasına mütəmmadi nəzarətin həyata keçirilməsi və icra vəziyyətinə dair hesabatların rəhbərliyə təqdim olunması;
• Kənarlaşmalar barədə müvafiq struktur bölmələrinin xəbərdar edilməsi, büdcəyə düzəlişlərin həyata keçirilməsi;
• Büdcə xərclərinin səmərəliliyinin təhlilinin aparılması və səmərəliliyinin artırılması üzrə təkliflərin verilməsi;
• Şirkətin daxili normativ sənədləri ilə müəyyən olunmuş müddətlərdə ilin hər rübü üzrə büdcənin icra vəziyyətini təhlil etməklə növbəti dövrlərin büdcələrinə düzəlişlər etmək üçün təkliflər verilməsi;
• Maliyyə hesabatlarının hazırlanması;
• Şirkətin hesabatlılıq sisteminin dəqiqliyinin və dolğunluğunun təmin edilməsində iştirak edilməsi;
• Hesabatların tərtib edilməsi üçün istifadə edilən əməliyyat sistemi və digər rəqəmsal məlumat mənbələrinin dolğunluğunun və düzgünlüyünün təmin edilməsi;
• Şirkətin rəhbərliyinə, habelə digər struktur bölmələrə aylıq, rüblük və.s hesabatların daxili qaydalarla razılaşdırılmış müddətdə təqdim edilməsi;
• Kənar audit yoxlama prossesində iştirak edilməsi və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi;
• Rəhbərlik və digər stukturlar tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılması
İş şəraiti:
• İş yeri: Xırdalan şəhəri
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
• Nahar və Servis Şirkət tərəfindən təmin olunur;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Analitik” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |