27 C
Baku
Tuesday, July 16, 2024

Analitika mütəxəssisi (Agile) – PAŞA Sığorta

0
Analitika mütəxəssisi (Agile) – PAŞA Sığorta
04.03.2020

“PAŞA Sığorta” ASC namizədləri Analitika mütəxəssisi (Agile) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir

Vəzifə öhdəlikləri :

• Müştəri xəritəsinin inkişafı və optimizasiyası üçün Data analizi metodlarının tətbiq etmək
• Verilən datanı məlumata və şirkət üçün rəqabət üstünlüyünə çevirmək
• Qərar vermə mərhələsində komandanı məlumatlandırmaq məqsədilə məhsul xüsusiyyətləri və müştəri münasibətlərinin öyrənilməsi
• Ehtiyac olan digər analizlərlə bağlı komandaya dəstək vermək

Təcrübə

• Kompüter elmləri, Maşının öyrənməsi (Machine Learning), Tətbiqi statistika, Ekonometrika, Riyaziyyat və ya digər texniki ixtisaslar üzrə bakalavr və ya magistr təhsili
• Minimum 2 il iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir
• Sığorta sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir

Biliklər

• Python, R və bu kimi proqramlarda işləmək/ kodlaşdırmaq
• SQL və bu kimi proqramlarda analiz etmə təcrübəsinə malik olmaq
• Data vizuallaşdırma alətləri ilə işləmək
• Yüksək həcmli verilənlər bazası ilə işləmək və təhlil etmək
• A/B testləri dizayn etmək, izləmək və təhlil etmək
• Azərbaycan və rus dillərini səlis bilmək
• İngilis dilini bilənlərə üstünlük veriləcəkdir

Bacarıqlar

• Güclü ünsiyyət bacarığı
• Dəyişən prioritetlərə yüksək hazırlıq
• Komanda ilə işləmək bacarığı
• Yaradıcı düşünmə və problemləri həll etmə bacarıqları
• Intizamlı və çarpaz funksional iş mühitində işləmək bacarığı

Son müraciət tarixi: 30 mart, 2020.

CV-nizi https://bit.ly/37YNasJ linkinə keçid edərək göndərə bilərsiniz.

İşin aid olduğu sahə

KateqoriyaSığorta