28 C
Baku
Saturday, July 27, 2024

Analitika və statistika şöbəsinə məsləhətçi/aparıcı məsləhətçi – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

0
Analitika və statistika şöbəsinə məsləhətçi/aparıcı məsləhətçi – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Bakı
17.05.2023

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafat.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil;
  • İqtisadi, maliyyə, riyazi, analitik və statistik sahədə bilik və bacarıqlar,
  • Əla səviyyədə MS Excel, Power BI, MySQL bacarıqları
  • Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı;
  • Xarici dil biliyi (xüsusilə ingilis dili)
  • Ofis proqramları üzrə biliklər.

Görəcəyiniz işlər: 

  • Göstərilən tibbi xidmətlərin analitik təhlillərinin aparılması, proseslərin, xərclərin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi;
  • İcbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşməsinin təkmilləşdirilməsi istiqamətində analitik sənədlər hazırlamaq, qiymətləndirmələr aparmaq və təkliflər vermək;
  • Ölkənin sosial-iqtisadi və demoqrafik göstəriciləri üzrə təhlillər aparmaq, icbari tibbi sığortanın daha effektiv tətbiqi və inkişafı üçün istiqamətlərin müəyyən edilməsinə dair təkliflər hazırlamaq;
  • İcbari tibbi sığortanın iqtisadi əsaslarına dair məlumatları təhlil etmək və bu sahə üzrə iqtisadi potensialın gücləndirilməsi üçün təkliflər vermək;
  • Səhiyyə xidmətlərinin bütün səviyyələri üzrə riyazi və statistik analizlərin aparılması;
  • Təhlil edilən məlumatların müxtəlif alətlərlə vizuallaşdırılması;
  • Dövri olaraq analitik hesabatların hazırlanması.

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Bakı şəh., Begoc Biznes Mərkəzi

Müraciət qaydası:

  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaSığorta