Bakı
17.01.2025
Təklif etdiyimiz imkanlar:
- Gənc və peşəkar kollektivdə çalışma şansı;
- Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
- Karyera inkişafı üçün yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafatlandırma sistemi.
Tələb olunan səriştə və təcrübə:
- Təhsil: Ali təhsil (iqtisadiyyat, maliyyə, biznesin təşkili, səhiyyə və idarəetmə sahələri üzrə);
- Təcrübə: Risklərin idarə edilməsi üzrə ən azı 3 illik iş təcrübəsi;
- Texniki biliklər: Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;
- Şəxsi bacarıqlar: Təşəbbüskarlıq, komandada işləmə, vaxtın idarə edilməsi, operativlik, ünsiyyət qurma, induktiv və analitik təhlil, konfliktlərin idarə edilməsi və problemlərin həlli bacarıqları;
- Dil bilikləri: Xarici dil biliyi (xüsusilə ingilis dili)
Vəzifə öhdəlikləri:
- Sığortanın tətbiqi zamanı bütün mərhələlərdə risklərin müəyyənləşdirilməsi, təhlili və nəzarət mexanizmlərinin tətbiqi;
- Risklərin qiymətləndirilməsi və resursların proqnozlaşdırılmasına dair hesablama modellərinin hazırlanması, hesablama və proqnozlaşdırılmaların aparılması;
- Risklərin idarəolunması (minimallaşdırılması və qarşısının alınması) ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərə nəzarət;
- Əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
- Biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
- Mövcud risklər üzrə risk matrix və xəritələrinin hazırlanması, davamlı nəzarət prosesinin həyata keçirilməsi;
- Risk reyestrinin hazırlanması, qiymətləndirilməsi və cavab tədbirlərinin müəyyənləşdirilməsi;
- Xidmətlər zərfinin ölkənin sosial-iqtisadi, demoqrafik göstəriciləri və maliyyə resursları nəzərə alınaraq tarif və xidmət istiqamətli yenilənməsi təkliflərinin verilməsi;
- Yarımillik risk hesabatlarının hazırlanması.
İş şəraiti:
- İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
- İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;
Seçim mərhələləri:
- Müraciətlərin nəzərdən keçirilməsi
- Praktiki tapşırıq/test mərhələsi
- Müsahibə
Müraciət qaydası:
- CV-lərinizi elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
- Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
- Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik! [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |