12 C
Baku
Wednesday, December 11, 2024

Anbar uçotu üzrə mütəxəssis – Veysəloğlu Şirkətlər Qrupu

0
Anbar uçotu üzrə mütəxəssis – Veysəloğlu Şirkətlər Qrupu
Bakı
14.04.2020

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Anbar uçotu üzrə mütəxəssis

İş yeri: Bakı şəhəri.
İş təcrübəsi: 1 il
Təhsil: Ali təhsil
Yaş həddi: 21-26

İşin Təsviri: Anbar qalıqlarının izlənilməsi, tiger stoklarının çəkilməsi, anbar qalıqlarının üzləşdirilməsi, yaranan fərqlərin və neqativ stokun aradan qaldırılması.

Vəzifə öhdəlikləri:

– Yoxlanma zamanı sənədlərdə yaranmış problemlərin həll edilməsini təmin etmək;
– Gündəlik sürücü anbarlarının tiger stokunun çəkilməsini icra etmək;
– Sayım keçirilmiş mağazalarda anbar tərəfindən göndərilən sənədlərin və mağaza tərəfindən işlənilən sənədlərin qarşılaşdırılmasını icra etmək;
– Aşkar olunmuş kənarlaşmaları depo və mağaza tərəfindən araşdırmaq;
– Mağazalar tərəfindən işlənilən yanlış əməliyyatların mağazalara bildirilərək aradan qaldırılmasını təmin etmək;
– İnventarizasiya şöbəsinin müştərək şirkətlərin mağazalarında keçirdiyi sayım zamanı, sayım dövriyyəsinə aid bütün sənədlərin yoxlanılmasını təmin etmək;
– Anbar neqativlərinin araşdırılması, stokda neqativ yaradan sənədin aşkar olunması ve neqativ stokun aradan qaldırılmasını icra etmək.

Tələblər:

– Stress altında işləyə bilmək;
– Zamanı idarə etmək bacarığı;
– Müsbət müştəri məmnuniyyəti yaratmaq;
– Komandada işləmək bacarığı;
– Diqqətli və ünsiyətcil olmaq;
– MS Office proqramları biliyi.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə;
– Endirimli tibb xidməti;
– Əmək müqaviləsi.

Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə “Anbar uçotu üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər