14 C
Baku
Sunday, September 29, 2024

Aparıcı auditor – Azersun Holding

0
Aparıcı auditor – Azersun Holding
Bakı
03.03.2023

Tələblər:

  • Ali təhsilli olmalı (Mühasibat uçotu və audit, idarəetmə, maliyyə, sənayenin təşkili və idarə olunması, iqtisadiyyat, biznesin idarə edilməsi, statistika, beynəlxalq münasibətlər sahəsində)
  • Mühasibat, maliyyə, insan resursları və ya audit sahəsində ən azı 4 il iş təcrübəsi olmalı
  • Sahənin fəaliyyətini tənzimləyən normativ akt, əmr, qərar və sərəncamları bilməli
  • Daxili əmək intizamı qaydalarını bilməli
  • Əmək qanunvericiliyinin əsaslarını bilməli
  • İngilis dili biliyi üstünlükdür

İş haqqında məlumat: 

  • Təsərrüfat subyektinin bütün fəaliyyətinin normativ-hüquqi aktlara və təsdiq edilmiş daxili prosedurlara, qaydalara, əsasnamalərə uyğunluğunu yoxlamaq. Həyata keçirilən qiymətləndirilmə sonuclarına əsasən səmərəliləşdirici təkliflər vermək
  • Qanunvericiliyin tələblərinə uyğunluğu qiymətləndirmək məqsədi ilə təşkilati prosedurları və siyasətləri təhlil etmək
  • Təşkilati proseslərin güclü və zəif cəhətlərini təhlil etmək, habelə cari və gələcək imkanlar da daxil olmaqla fəaliyyət planına tövsiyələr vermək
  • Maliyyə hesabatlarına təsir edə biləcək hüquqi məsələləri nəzərdən keçirmək və tövsiyələr vermək
  • Nəzarət sahəsindəki boşluqların, təkrar səylərin, normativ-hüquqi sənədlərin, idarəetmə siyasətlərinin tələblərinin pozulması, saxtakarlıq (dələduzluq) hallarının, nöqsan və çatışmazlıqların aşkar edilməsi məqsədi ilə məlumatlar toplamaq və təhlillər aparmaq
  • Daxili audit fəaliyyətləri ilə bağlı işçi sənədlərin hazırlanması, keyfiyyətin təmin edilməsi, arxivləşdirmə və sənədləşmə proseslərinin aparılması
  • Auditin nəticələri barədə rəhbərliyə hesabat vermək və müəssisənin fəaliyyətində dəyişikliklərə dair tövsiyələr təqdim etmək
  • Holdinqin risklərin idarə edilməsi, daxili nəzarət və korporativ idarəetmə proseslərinin səmərəliliyi və adekvatlılığını sistemli və ciddi bir yanaşma ilə dəyərləndirmək və təkmilləşdirmək
  • Risk əsaslı yanaşma ilə təminat və məsləhət xidmətlərinin göstərilməsi və nəticələrinin hesabat olaraq təqdim edilməsi
  • Meydana çıxan kənar təsir amillərini nəzərə almaq və alternativ hədəflər müəyyən etmək məqsədi ilə fəaliyyət planına düzəliş etmək üçün təkliflər vermək
  • Beynəlxalq mühasibat uçotu standartları əsasında məlumatların (hesabatların ) əldə edilməsini təmin etmək məqsədi ilə daxili nəzarət sistemlərinə düzəlişlər etmək üçün təkliflər vermək
  • Rəhbərliyin tapşırığı əsasında növbədənkənar (xüsusi) yoxlamalar keçirmək

İş Yeri: Bakı şəhəri

İş Qrafiki: Həftə içi 5 gün

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Aparıcı auditor” qeyd etməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaAuditor