Vakansiyanın təsviri
“İnternational” BOKT ASC Bakı və Sumqayıt filialları üzrə (Əcəmi, İnşaatçılar, Binəqədi, Bakıxanov, Əhmədli, Gənclik, Qarayev, Sumqayıt, Xırdalan, Masazır) aparıcı kredit mütəxəssisi/böyük kredit mütəxəssisi/baş kredit mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.
- Aktiv satış təbliğatının aparılması və yeni potensial müştərilərin cəlb edilməsi üçün təşəbbüskarlıq göstərmək;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
- Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ və keyfiyyətli xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
- Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.
- Şirkət məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək
Xüsusi tələblər
- Ali təhsil və ya orta ixtisas təhsil;
- Müvafiq sahə üzrə ( Lombard kreditləri) ən azı 1 il iş təcrübəsi mütləqdir;
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
- Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Ə/h: 400-800 Azn (və bonuslar)
Yalnız müvafiq meyarlara uyğun sayılan namizədlər əlaqə saxlanılacaq. CV-lərini mövzu sətrində vəzifənin başlığını və işləmək istədiyiniz filialı qeyd edərək (məsələn “aparıcı Kredit mütəxəssisi Əhmədli filialı”, Kredit mütəxəssisi Binəqədi filialı”), elektron poçt ünvanına ( [email protected] ) CV göndərmələri xahiş olunur.
İşin aid olduğu sahə
| Kateqoriya | Bank və BOKT işçisi |


