“İnternational” BOKT ASC regionlarımız üzrə (Lənkəran, Biləsuvar, Cəlilabad, Masallı , Astara, Ağdam, Tərtər, Ağcabədi, Bərdə, Qazax, Tovuz, Şəmkir, Gəncə , Goranboy, Quba, Xaçmaz, Şabran, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Beyləqan, İmişli ,Sabirabad , Şirvan , Səlyan) aparıcı kredit mütəxəssisi/böyük kredit mütəxəssisi/baş kredit mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.
Vəzifə öhdəlikləri
- Aktiv satış təbliğatının aparılması və yeni potensial müştərilərin cəlb edilməsi üçün təşəbbüskarlıq göstərmək;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
- Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ və keyfiyyətli xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
- Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.
- Şirkət məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
Tələblər:
- Ali təhsil və ya orta ixtisas təhsil;
- Müvafiq sahə üzrə ( Lombard kreditləri) ən azı 1 il iş təcrübəsi mütləqdir;
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
- Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Ə/h: 400-800 Azn (və bonuslar)
Yalnız müvafiq meyarlara uyğun sayılan namizədlər əlaqə saxlanılacaq. CV-lərini mövzu sətrində vəzifənin başlığını və işləmək istədiyiniz filialı qeyd edərək (məsələn “aparıcı Kredit mütəxəssisi Şirvan filialı”, Kredit mütəxəssisi Binəqədi filialı”), elektron poçt ünvanına ( [email protected] ) CV göndərmələri xahiş olunur.


