Bakı
12.02.2025
Namizədə tələblər:
- Təhsil: Ali (Maliyyə və mühasibatlıq sahəsində olanlara üstünlük verilir);
- İş təcrübəsi: 3 il;
- Dil bilikləri: Azərbaycan (əla), İngilis dili arzuolunandır;
- Kompyuter bilikləri: MS Office/Excel (əla)/1C 8.3 (əla);
- ACCA sertifikatı olması üstünlükdür;
- Analitik düşünmə bacarığı;
- Düzgünlük və Dəqiqlik.
Əsas vəzifə öhdəlikləri:
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
- İş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək;
- Bank sənədlərinin (ödənişlərinin) işlənməsi və uçotu;
- İFRS və daxili siyasətlərə uyğun olaraq aylıq maliyyə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Vergi və əmək məcəlləsini, Azərbaycan Respublikası qanunvericilik aktlarını və normativ hüquqi sənədləri bilməli;
- Vergi, DSMF və statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması;
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək.
Maraqlanan şəxslər öz CV formalarını elektron poçt ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin).
Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |