7 C
Baku
Thursday, December 12, 2024

Aparıcı mühasib – Çinar Park QSC

0
Aparıcı mühasib – Çinar Park QSC
Bakı
18.01.2023

Vəzifə və öhdəliklər:

  • Əməliyyatların mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
  • Əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunun aparılmasına nəzarət;
  • Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nəğd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsinə nəzarət;
  • Aylıq,rüblük,illik vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
  • Maliyyə hesabatlarının beynəlxalq standartlara əsasən hazırlanmasında iştirak (Profit and loss statement, cash flow statement, balance sheet and etc);
  • Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak etmək;
  • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi;

Tələblər:

  • Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Office proqramlarında, əsasən excel-də yüksək səviyyədə işləmə bacarığı;
  • 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı;
  • Dil biliyi: Azərbaycan dili – yüksək səviyyədə, Rus dili və ya İngilis dili biliklərinin olması arzuolunandır;
  • E-taxes.gov.az, stat.gov.az portallarından yaxşı istifadə etmək bacarığı;
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
  • Məlumatların məxfiliyinin qoruyub saxlama bacarığı;

Digər bacarıqlar:

  • Mükəmməl şifahi və yazılı ünsiyyət;
  • Məntiqi və analitik düşüncə;
  • Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq.
  • Təqdimat bacarıqları;
  • Komanda daxilində işləmək bacarığı;
  • Stresə davamlılıq;
  • Məqsədyönlülük;
  • Emosional stabillik və məsuliyyətlilik;

Son müraciət tarixi: 20 fevral, 2023

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib