Vakansiya: Aparıcı mühasib
Şirkət: “Faktor Qrup-S-1” QSC
İş yeri: BAKU CİTY RESİDENCE Koroğlu
Əlaqə: [email protected]
İş barədə məlumat
İş yeri: Bakı şəhəri (Tikinti şirkəti)
İş təcrübəsi: Sahə üzrə min. 3 il
Təhsil: Ali (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat)
Yaş həddi: 26 -45 yaş
Vəzifə öhdəlikləri:
– Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkil və nəzarəti;
– Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini, aylıq, rüblük və illik Vergi hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
– Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtibi və nəzarəti;
– Mühasibatlıq modulu üzrə gündəlik əməliyyatların 1C proqramına daxil edilməsinə nəzarət;
– Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması, müvafiq yazışmaların aparılması və şəxsi vərəqə ilə işləmək;
Tələblər:
– Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər;
– Vergi Məcəlləsi üzrə biliklər;
– MS Office (xüsusilə Excel), 1C 8.3
Təminatlar:
– Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
– 5 günlük iş qrafiki
– Korporativ mobil nömrə.
Əmək haqqı: Bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
Müraciət qaydaları:
CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Aparıcı mühasib” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaq.
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |