20 C
Baku
Saturday, September 28, 2024

Aparıcı mühasib – İnnovasiyalar Mərkəzi

0
Aparıcı mühasib –  İnnovasiyalar Mərkəzi
Bakı
20.06.2024

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mühasibat hesabının  müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək;
  • Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
  • Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək və onları hesabı emala hazırlamaq;
  • Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək. Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib etmək;
  • İtkinin əmələ gəlmə səbəblərini və qeyri-məhsuldar xərclərin mənbəyini üzə çıxarmaq, onları xəbərdar etmək üçün təkliflər hazırlamaq;
  • Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirmək;
  • Təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədi ilə mühasibat uçotu və hesabatı göstəriciləri əsasında müəssisə, idarə və təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində, eləcə də pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak etmək;
  • Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək.

Tələb edilən bilik, bacarıq və təcrübə:

  • Ali təhsil (iqtisadiyyat üzrə ali təhsil arzuolunandır);
  • Müvafiq sahədə 3 il iş təcrübəsi;
  • “Microsoft Office” proqramları və 1C – 8.3 (yüksək səviyyədə);
  • Yüksək şifahi və yazılı ünsiyyət bacarıqları (Azərbaycan dili);
  • İngilis dili (orta səviyyə);
  • Operativlik,dəqiqlik, nəticə yönümlülük;
  • Problemləri həll etmə, analitik düşünmə, təqdimat və komanda ilə işləmə bacarığı;
  • Qurum və təşkilatlarla işləmək və danışıqlar aparmaq bacarıqları;
  • Stressə davamlılıq.

Əmək haqqı müsahibə əsasında müəyyən ediləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 30 iyun 2024-cü il tarixinədək elektron ünvanına email-in mövzu hissəsində “Aparıcı mühasib” yazaraq göndərmələri xahiş olunur.

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaqdır.  [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib