Vəzifə: Aparıcı mühasib
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə 3 il
Təhsil: Ali iqtisadi təhsil
İşin Təsviri:
Bank ödənişlərinin sistemə işlənilməsi və icra edilməsi, ƏDV, Statistik və DSMF hesabatlarının verilməsi, üzləşmə prosedurunun təmin edilməsini həyata keçirmək
Vəzifə öhdəlikləri:
– Mühasibat uçotu,Vergi, DSMF və Statistika ilə bağlı əməliyyatları icra etmək;
– Vergi orqanları tərəfindən göndərilən sorğuların izlənilməsi və cavablandırılması;
– Bütün vergi hesabatlarının göndərilməsi (ƏDV, ÖMV, Mənfəət və s);
– E-qaimə fakturalarının və VHF nın yazılması;
– Statistika hesabatlarının hazırlanması və göndərilməsi;
– DSMF ilə bağlı hesabatların hazırlanması və təqdim edilməsi;
– Məşğulluqla bağlı hesabatların hazırlanması və təqdim edilməsi;
– Müqavilələrdə ödəniş şərtlərinin yoxlanılması, bank ödənişlərinin həyata keçirilməsi;
– Gündəlik bank ödənişlərinin sistemə işlənilməsi;
– Debitor və kreditorlarla qarşılıqlı üzləşmələrin aparılması.
Tələblər:
– Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) biliyi;
– Vergi uçotu sahəsində biliklər;
– MS Office proqramları biliyi;
– Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Aparıcı mühasib – Logistika” yazıb CV göndərməklə müraciət edilir.
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |