Publik hüquqi şəxs statuslu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində mövcud Xidmət bazarlarına nəzarət və istehlakçı hüquqları departamentinin İqtisadi təhlil şöbəsinə Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul ilə əlaqədar sənəd qəbulu elan edilir:
Namizədlərə dair tələblər:
- İqtisadiyyat,maliyyə və digər əlaqəli sahələr üzrə bakalavr dərəcəsi;
- İqtisadiyyat,maliyyə və digər əlaqəli sahələr üzrə magistr dərəcəsi arzu olunandır;
- 1-3 il iş təcrübəsi;
- İngilis (əla), digər dil bilikləri əlavə üstünlükdür;
- Stata, Eviews, R, MATLAB, Python, Power BI, SQL proqramlarından istifadə arzu olunandır;
- CFA, ACCA, FRM sertifikatları arzu olunandır;
- Office programlarında işləmək bacarığı – Yüksək səviyyədə;
Vəzifə funksiyaları:
- İKT sektoruna aid statistikanın ölkə üzrə toplanılması, təsnifləşdirilməsi, və təkmilləşdirilməsi;
- Müxtəlif elektron kommunikasiya (və ya İKT) bazarlarına dair bazar təhlili araşdırmalarını milli tənzimləyicilərin ən yaxşı təcrübəsinə və tənzimləməyə dair qanunvericiliyə uyğun aparılması;
- İKT sektorunun iqtisadiyyatına dair tədqiqatların aparılması və rəqəmsal, model əsaslı metodlardan istifadə edilməklə proqnozların təqdim olunması;
- İKT sektoru üzrə dövri qlobal, regional və ölkə səviyyələrində hesabatların hazırlanmasına köməklik göstərilməsi;
- Həm daxili, həm də xarici benefisiarlar üçün İKT sektoruna aid müxtəlif mövzularda xüsusi hesabatların hazırlanması;
- Müxtəlif maraqlı tərəflərlə, o cümlədən dövlət qurumları, özəl sektor, həmçinin beynəlxalq inkişaf institutları ilə qarşılıqlı əməkdaşlıq fəaliyyətinə töhfənin verilməsi;
- Müxtəlif beynəlxalq platformalarda iştirak edilməsi;
Texniki bacarıqlar:
- İqtisadi, statistik proqram təminatları ilə işləmək bacarığı – Orta səviyyədə;
- Proqramlaşdırma bilikləri (Python, R və ya digər) – Orta səviyyədə;
- Müsahibatlıq və maliyyə üzrə biliklər – Orta səviyyədə;
Digər bacarıqlar:
- Əməkdaşlıq;
- Məsuliyyətlilik;
- Təkmilləşməyə meyillilik;
- Analitik düşünmə – Yüksək səviyyədə;
- Riyazi məntiq – Yüksək səviyyədə;
- Araşdırma qabiliyyəti – Yüksək səviyyədə;
- Hesabat hazırlamaq – Yüksək səviyyədə;
- Təqdimat bacarıqları –Yüksək səviyyədə;
Müraciət edən namizədlər arasından yalnız daha uyğun gələn şəxslər müsabiqəyə dəvət olunacaq. Müsabiqə iki mərhələdən – yazılı imtahan və (və ya) şifahi müsahibədən ibarət olmaqla keçirilə bilər.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |