17 C
Baku
Friday, November 1, 2024

Aparıcı mütəxəssis – Azərbaycan Respublikasının Mərkəzi Bankı

0
Aparıcı mütəxəssis – Azərbaycan Respublikasının Mərkəzi Bankı
Bakı
01.11.2024

Struktur bölmənin adı:

  • Maliyyə monitorinqi departamenti, 2-ci monitorinq şöbəsi

Son müraciət tarixi: 

  • 18.11.2024

Vəzifənin funksiyaları:

  • Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TM/KMM) üzrə qanunvericiliyə uyğunluğun, habelə məcburi göstərişlərin və öhdəlik götürülən tədbirlərin icrası vəziyyətinin yoxlanılması məqsədilə maliyyə institutlarında yoxlamalar və/və ya digər nəzarət tədbirlərini həyata keçirir, müəyyən edilmiş hallar ilə əlaqədar müzakirələr təşkil edir, hesabatlar hazırlayır və rəhbərliyə təqdim edir;
  • Aparılmış yoxlama və/və ya digər nəzarət tədbirlərinin nəticələri əsasında maliyyə institutları tərəfindən ƏL/TM/KMM üzrə qanunvericiliyə riayət olunması vəziyyətini, habelə riskləri qiymətləndirir, maliyyə institutlarının ƏL/TM/KMM risk profilini müəyyən edir və ya yeniləyir, aşkar edilən pozuntuların aradan qaldırılmasına dair göstərişlər və risklərin azalmasına istiqamətlənən tədbirlərlə bağlı təkliflər verir;
  • Maliyyə institutlarının ƏL/TM/KMM sahəsində institusional risk qiymətləndirməsi və daxili nəzarətin nəticələrini, eləcə də audit rəyi və kənar audit hesabatlarını təhlil edir, zəruri hallarda təhlil nəticələrini maliyyə institutlarının və audit şirkətlərinin nümayəndələri ilə müzakirə edir;
  • Fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlarda ƏL/TM/KM şübhələrini və ya belə şübhələr üçün kifayət qədər əsaslar yaradan halları müəyyən edir, araşdırır, təhlil edir və bu barədə müvafiq hesabatları hazırlayır və rəhbərliyə təqdim edir;
  • Fəaliyyəti çərçivəsində aşkar olunan pozuntularla əlaqədar maliyyə institutlarına və onların vəzifəli şəxslərinə qarşı təsir, təshih tədbirləri və sanksiyaların tətbiqinə dair təklif verir;
  • Səlahiyyətlərinə aid məsələlərlə bağlı Şöbəyə daxil olan müraciətlərə baxır, zəruri hallarda müraciətdə qeyd olunan məsələlərlə bağlı araşdırmaları aparır, sorğu və məktublara cavablar hazırlayır;
  • Şöbənin vəzifələrinin icrası ilə əlaqədar səlahiyyətləri daxilində Mərkəzi Bankın struktur bölmələrinə sorğu verir və onlardan məlumatları (sənədləri) alır, zəruri məlumatların (sənədlərin) əldə edilməsi məqsədilə dövlət orqanlarına (qurumlarına) və maliyyə institutlarına sorğuları hazırlayır;
  • ƏL/TM/KMM sahəsində keçirilən konfranslarda, seminarlarda, forumlarda, treninqlərdə və digər tədbirlərdə iştirak edir.

Texniki kompetensiyalar

  • ƏL/TM/KMM sahəsində qanunvericilik bilikləri
  • Maliyyə sahəsində (bank, sığorta, qiymətli kağızlar, BOKT, valyuta mübadiləsi və s.) qanunvericilik bilikləri
  • Risklərin qiymətləndirilməsi üzrə biliklər
  • Təqdimat və yazı bacarığı

Təcrübə:

  • Maliyyə bazarları sahəsində ƏL/TMM, komplayens, maliyyə, audit, risklərin idarə edilməsi və daxili nəzarət istiqamətləri üzrə 2 illik iş təcrübəsi

Təhsil:

  • Ali təhsil (iqtisadiyyat/maliyyə/biznesin idarəedilməsi)

Davranış kompetensiyaları

  • İnnovativlik və kreativlik
  • Komandada işləmə
  • Məsuliyyətlilik
  • Təkmilləşməyə meyllilik
  • Təşəbbüskarlıq
  • Ünsiyyətqurma

Dil bacarığı

  • Səlis azərbaycan, yaxşı səviyyədə ingilis dili bacarığı arzuolunandır

Kompüter bacarıqları

  • MS Office proqramları (xüsusilə MS Excel)
  • İri həcmli məlumatların təhlili üzrə proqram təminatı (SQL, Python, və s.) ilə işləmə bacarığı olanlara üstünlük verilir

Sertifikatlar

  • ƏL/TMM, komplayens, audit, risklərinqiymətləndirilməsi, nəzarət, hüquq və ya analitik sahələrdə peşəkar sertifikatlar

Müraciət linki

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi