Aparıcı proqramçı (Back-end, Java, Phyton, Go) – Elektron Hökumətin İnkişafı Mərkəzi

    Bakı
    Posted 5 months ago

    Dövlət orqanının adı : “Elektron Hökumətin İnkişafı Mərkəzi” Publik Hüquqi Şəxsi
    Departamentin adı : Proqram təminatı
    Vəzifənin adı : Aparıcı proqramçı (Back-end)

    Vəzifə funksiyaları:

    • Veb və mobil layihələr üçün servislərin (API) hazırlanması
    • Mövcud kodlarda əlavə və dəyişikliklərin edilməsi
    • Proqram təminatının işinin optimallaşdırılması
    • Standartlara uyğun kod yazımının aparılması
    • Yazılan kodların test edilməsi, yaranan problemlərin analiz edilməsi və aradan qaldırılması
    • Texniki tapşırıq əsasında yerinə yetirilən işlərin zamanında təhvil verilməsinə riayət olunması
    • Proqram təminatı istifadəçisindən daxil olan tələblərin təhlil edilməsi və problemin həll olunması
    • Proqram layihələrinin hazırlanması üzrə texniki normaların, standartların və tələblərin müəyyənləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasında iştirak etmək
    • Elektron xidmətlərin inteqrasiya edilməsi üzrə dövlət orqanlarına və digər təşkilatlara metodik və əməli köməklik göstərmək
    • Fəaliyyət istiqaməti üzrə daxil olan ərizə, təklif və şikayətləri araşdırmaq və cavablandırmaq
    • Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirmək

    Təhsil və ixtisas tələbləri

    • Kompüter mühəndisliyi və ya bənzəri ixtisasa dair ali təhsili olanlara üstünlük verilir

    İş təcrübəsi

    • İş təcrübəsi ən azı 2 il

    Peşəkar bacarıqlara dair tələblər

    • DSA (Data Structures and Algorithms)
    • Göstərilən dillərdən ən az ikisi ilə işləmək bacarığı: Nodejs, Python, Go, Java
    • SOLID principles
    • Design Patterns
    • Microservices
    • Git version control
    • API (REST, SOAP) üzrə işləmə bacarığı
    • PostgreSQL
    • Redis, MongoDB

    Xarici dil bilikləri

    İngilis və rus dilləri üzrə biliklər:
    • ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək.

    https://www.digital.gov.az/vacancies/65

    Son müraciət tarixi: 1 aprel 2021-ci il

    Job Features

    Job CategoryDövlət qurumları, İT

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.