27 C
Baku
Saturday, July 27, 2024

Araşdırmalar analisti – İnnovasiyalar Mərkəzi

0
Araşdırmalar analisti – İnnovasiyalar Mərkəzi
Bakı
05.11.2020

“İnnovasiyalar Mərkəzi” MMC – Araşdırmalar analisti

Vəzifənin məqsədi:

İnnovasiyalar Mərkəzinin (iCenter) fərqli sahələr üzrə araşdırmalarını aparmaq

Vəzifə öhdəlikləri:

– İnnovasiya ekosistemi üzrə hesabatların hazırlanması;
– Fərqli bazarların keyfiyyət və kəmiyyət araşdırması və məsləhətlərin verilməsi;
– Biznes yönümlü qurumların rəhbərləri, maliyyə işçiləri və bazar nümayəndələri ilə daimi ünsiyyət, əlaqələrin qurulması;
– Təşkilatın istifadəsi üçün aydın və faydalı hesabatlar hazırlanması;
– Bazar araşdırmalarına əsaslanıb şirkətin yeni məhsullarının hazırlanması üçün tövsiyələr verilməsi;
– Araşdırılan sahə və əlaqəli bazarlar haqqında məlumatların məxfiliyinin təmin olunması.

Tələb edilən bilik, bacarıq və təcrübə:

– Ali təhsil;
– Bazarların araşdırılması və hesabatların yazılması təcrübəsi;
– İnnovasiya ekosistemi haqqında məlumatlılıq;
– Kreativ düşüncə qabiliyyəti;
– Verilən məlumatları (data) təhlil edib nəticə çıxarma qabiliyyəti;
– Kommunikasiya bacarıqları;
– Təşəbbüskarlıq;
– Problem həll etmə bacarığı;
– İngilis dili (yüksək səviyyədə), Rus dili (seçim prosesində üstünlükdür).

Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 04 dekabr 2020-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Araşdırmalar analisti” yazaraq göndərmələri xahiş olunur.

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər