28 C
Baku
Sunday, July 14, 2024

Assistans mərkəzində assistent – PAŞA Sığorta

0
Assistans mərkəzində assistent – PAŞA Sığorta
02.03.2020

“PAŞA Sığorta” ASC namizədləri Assistans mərkəzində assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Müştəri zənglərinin cavablandırılması və şirkətə müraciət edən müştərilərə lazımi dəstəyin göstərilməsi ilə keyfiyyətli xidmətin təqdim edilməsi;
• Gündəlik fəaliyyətinin şirkətin strategiyasına və korporativ dəyərlərinə uyğun şəkildə aparılması;
• Fəaliyyət zamanı aşkarlanmış boşluqları və şübhəli halları birbaşa rəhbərinə hesabat vermək;
• Birbaşa rəhbərin tapşırığı ilə digər işlərin yerinə yetirilməsi.

Bilik və bacarıqlar:

• Ali təhsil, sığorta və ya hüquq sahəsində təhsilə üstünlük verilir;
• Dil bilikləri Azərbaycan və rus dillərinin sərbəst bilikləri, işgüzar ingilis dili biliyinə üstünlük verilir.
• Ünsiyyət qurmaq bacarığı;
• Dəqiqlik.

İş rejimi:

• Növbəli iş rejimi

Son müraciət tarixi: 30 mart, 2020.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

İşin aid olduğu sahə

KateqoriyaSığorta