10 C
Baku
Thursday, December 12, 2024

ATEF Şirkətlər Qrupu işçi axtarır – Maaş 1500-2000 AZN

0
ATEF Şirkətlər Qrupu işçi axtarır – Maaş 1500-2000 AZN
13.12.2021

Satınalma və logistika şöbəsinin müdiri – ATEF

Tələb olunan xüsusi biliklər

  • Açılan sifarişləri vaxtında və dəqiq yerinə yetirmək;
  • Xarici və daxili şirkətlərlə əlaqələr, əməkdaşlıqlar qurmaq, partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq və müqavilələr hazırlayıb təsdiq etdirmək;
  • Partnyor şirkətlərin məlumat bazasını yaratmaq;
  • Sifarişlər üzə bazar araşdırması aparmaq və yeni tədarükçülər tapmaq;
  • Rəhbərlik tərəfindən verilmiş mövzu ilə bağlı tədqiqatlar aparmaq və nəticələr barədə hesabat hazırlamaq;
  • Təchizatçı tərəflərlə işgüzar yazışma və danışıqlara rəhbərlik etmək;
  • Qiymət araşdırması etmək və tenderləri idarə etmək;
  • Avadanlıq və mal-material tədarükçülərinin axtarışına nəzarət etmək;
  • Təchizat müqavilələrinin şərtlərinin təhlilinə və tədarükün etibarlılığına dair təlimat vermək;
  • Təchizatçılardan sifarişlərin hazırlanmasını və vaxtında yerləşdirilməsinə nəzarət etmək;
  • Təchizatçılarla müqavilələrin bağlanmasını əlaqələndirmək, sifarişlərin icrası və çatdırılma nəticələrini təhlil etmək və bu barədə rəhbərliyə hesabat vermək;
  • Malların daşıyıcısını müəyyənləşdirmək;
  • Daşınma, ekspeditor və malların daşınması ilə əlaqədar digər xidmətlər üçün müqavilələrin bağlanmasına nəzarət etmək;
  • Nəqliyyat planlarının işlənib hazırlanmasına nəzarət etmək;
  • Nəqliyyatın texnoloji prosesini təşkil etmək;
  • Nəqliyyat və texnoloji prosesin sənəd dövriyyəsini təmin etmək;
  • Nəqliyyatın keyfiyyətini və yükün vaxtında verilməsini təhlil etmək;
  • Məhsulların daşınması şərtlərini müəyyənləşdirmək, geri qaytarılmış məhsulların qəbulu və yerləşdirilməsi üzrə işləri əlaqələndirmək, yenidən işlənməyə göndərmək;
  • Logistikada risk menecmentini həyata keçirmək-avadanlıq, mal, xammal, material, yük, daşıyıcı məsuliyyəti üçün sığorta təmin etmək;
  • Malların daşınması zamanı, məhsulların saxlanması və daxili hərəkəti zamanı təhlükəsizliyinin təmin edilməsi tədbirlərini təşkil etmək;
  • Tabeliyində olan işçilərə rəhbərlik etmək.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi
  • 5 günlük iş həftəsi
  • Nahar fasiləsi: 12:00-13:00
  • Nahar müəssisə tərəfindən təmin edilir.
  • Əmək haqqı: 1500-2000 AZN

Namizədə tələblər

  • Ali təhsilli (iqtisadiyyat üzrə);
  • Azərbaycan, rus və ingilis dillərini bilməli;
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
  • MS Office ( Word, Excell, Power Point) proqramlarında işləməyi bilməli;
  • Yaş həddi 25-40;
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;
  • Problemləri həll etmə bacarığı;
  • Təhlil etmə bacarığı;
  • Kargüzarlıq qaydaları haqqında biliklər;
  • Ünsiyyət qurma bacarığı;
  • Coğrafi, riyazi və məntiqi biliklər.
  • Azərbaycan Respublikası qanunvericiliyinin və logistika sahəsində fəaliyyətini tənzimləyən    normativ hüquqi aktların tələblərini bilməlidir;
  • Logistika sistemlərinin əsasları, logistika əlaqələrinin formalaşdırılması qaydalarını bilməlidir;
  • Təchizat, nəqliyyat, anbar, satış və maliyyə sənədlərinin qeydiyyatı üçün tələbləri bilməlidir;
  • Gömrük və nəqliyyat qanunvericiliyinin əsaslarını bilməlidir;
  • Bütün nəqliyyat növləri ilə yük daşımalarının təşkilini bilməlidir;
  • Fikrini izah etmək qabiliyyəti;
  • Ezamiyyə imkanları;
  • Ünsiyyət yaratmaq bacarığı;
  • İşə planlı yanaşması;
  • Fəal olması və komandada işləmək bacarığı.

Email – [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər