3 C
Baku
Saturday, March 2, 2024

Audit (böyük mütəxəssis) – Azerbaijan Energy Regulatory Agency

0
Audit (böyük mütəxəssis) – Azerbaijan Energy Regulatory Agency
Bakı
15.12.2021

Vəzifə öhdəlikləri:

  • İllik Audit Planına uyğun olaraq audit layihələrinə rəhbərliyin edilməsi;
  • Audit layihələri üzrə iş proqramlarının hazırlanmasında iştirak və müəyyən edilmiş audit prosedurlarının həyata keçirilməsi;
  • Risklərin idarə edilməsi metodologiyasının tətbiqinin və effektivliyinin təhlili və qiymətləndirilməsi;
  • Daxili nəzarət sistemlərinin effektivliyinin və adekvatlığının yoxlanılması və qiymətləndirilməsi;
  • Daxili siyasət və prosedurların həyata keçirilməsini, qanunvericiliyə riayət olunmasını təmin edən sistemlərin təhlili və qiymətləndirilməsi;
  • Normativ-hüquqi sənədlərlə tələb olunan hesabatların etibarlılığının və vaxtlı-vaxtında hazırlanmasının yoxlanılması;
  • Mühasibat yazılarının və maliyyə hesabatlarının dəqiqliyinin və etibarlılığının yoxlanılması;
  • Fəaliyyətlərin səmərəliyinin və xərclərin effektivliyinin qiymətləndirilməsi;
  • Agentliyin aktivlərin qorunması vasitələrinin təhlili və qiymətləndirilməsi;
  • İdarə Heyətinin tapşırığı ilə xüsusi tədqiqatların həyata keçirilməsi.

Tələblər:

  • Ali təhsil (audit, hüquq və iqtisadiyyat ixtisasları üzrə);
  • Audit, daxili nəzarət, risk idarəçiliyi sahələrində azı 3 il iş stajı;
  • Daxili Audit Standartları haqqında son biliklər və təcrübədə tətbiq etmək bacarığı;
  • Risk idarəçiliyi və daxili nəzarət sistemlərinin təhlili və qiymətləndirilməsində yüksək səviyyəli səriştə;
  • Korporativ İdarəetmə və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları haqqında biliklər;
  • Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
  • Daxili Audit Standartlarına uyğun hesabatların hazırlanması və təqdim etmə bacarığı;
  • CIA, FRM, CRMP, ERP, CFE üzrə sertifikatlara malik olmaq və ya mərhələ keçmək üstünlükdür;
  • Ofis proqramlarında işləmə bacarığı;
  • Azərbaycan və ingilis dillərini səlis bilməsi.

Digər:

  • Əmək haqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaqdır;
  • İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
  • İstirahət günləri: şənbə və bazar günləri;
  • Vakansiya üzrə müraciətin son müddəti: 24 dekabr 2021-ci il;
  • İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza.

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Audit – böyük mütəxəssis) qeyd edin.

E-mail: [email protected]

İşin aid olduğu sahə

KateqoriyaAuditor, Dövlət qurumları