Bakı
13.12.2022
Vəzi̇fə Öhdəlikləri̇:
- İllik Audit Planına uyğun olaraq audit layihələrinə rəhbərlik;
- Audit layihələri üzrə iş proqramlarının hazırlanmasında iştirak və müəyyən edilmiş audit prosedurlarının həyata keçirilməsi;
- Risklərin idarəedilməsi medotologiyasının tətbiqinin və effektivliyinin təhlili və qiymətləndirilməsi;
- Daxili nəzarət sistemlərinin effektivliyinin və adekvatlığının yoxlanılması və qiymətləndirilməsi;
- Daxili siyasət və prosedurların həyata keçirilməsini, qanunvericiliyə riayət olunmasını təmin edən sistemlərin təhlili və qiymətləndirilməsi;
- Normativ-hüquqi sənədlərlə tələb olunan hesabatların etibarlılığının və vaxtlı-vaxtında hazırlanmasının yoxlanılması;
- Mühasibat yazılarının və maliyyə hesabatlarının dəqiqliyinin və etibarlılığının yoxlanılması;
- Fəaliyyətlərin səmərəliyinin və xərclərin effektivliyinin qiymətləndirilməsi;
- Agentliyin aktivlərin qorunması vasitələrinin təhlili və qiymətləndirilməsi;
- İdarə Heyətinin tapşırığı ilə xüsusi tədqiqatların həyata keçirilməsi.
Tələblər:
- Ali təhsil (audit, hüquq və iqtisadiyyat ixtisasları üzrə);
- Audit, daxili nəzarət, risk idarəçiliyi sahələrində azı 3 il iş stajı;
- Daxili Audit Standartları haqqında son biliklər və onları təcrübədə tətbiq etmək bacarığı;
- Risk idarəçiliyi və daxili nəzarət sistemlərinin təhlili və qiymətləndirilməsində yüksək səviyyəli səriştə;
- Korporativ İdarəetmə və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları haqqında biliklər;
- Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
- Daxili Audit Standartlarına uyğun hesabatların hazırlanması və təqdim etmə bacarığı;
- CIA, FRM, CRMP, ERP, CFE üzrə sertifikatlara malik olmaq və ya mərhələ keçmək üstünlükdür;
- Ofis proqramlarında işləmə bacarığı;
- Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazı qabiliyyəti.
Di̇gər:
- Yüksək əmək haqqı və rüblük mükafatlandırma;
- İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
- İstirahət günləri: şənbə və bazar;
- İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, “Çinar Plaza” Biznes Mərkəzi.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Audit – böyük mütəxəssis ) qeyd edin. Vakansiya üzrə müraciətin son tarixi : 30 dekabr 2022-ci il.
Email: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Auditor, Dövlət qurumları |