13 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

Audit müdiri – Gədəbəy Mineral Suları MMC

0
Audit müdiri – Gədəbəy Mineral Suları MMC
Bakı
04.10.2021

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Şirkətin daxili audit siyasətinin və strategiyasının müəyyən edilməsində iştirak etmək, iş və tədbirlər planlarını hazırlamaq və icrasına nəzarət etmək;
• Şöbənin fəaliyyət istiqaməti üzrə aydın və uzun müddətli audit planını (strategiyanın) və praktiki audit proqramını hazırlamaq;
• Daxili audit və daxili nəzarət üzrə metodologiyanın və daxili audit qaydalarının layihələrini hazırlamaq;
• Audit olunmalı fəaliyyətləri müəyyən etmək, onların vacibliyini qiymətləndirmək və müvafiq meyarlara əsaslanaraq riskin dərəcəsini təyin etmək;
• Şirkətin struktur bölmələrində səlahiyyətləri çərçivəsində daxili nəzarət tədbirlərinin, xidməti araşdırmaların, daxili audit yoxlamalarının və monitorinqlərin həyata keçirilməsində iştirak etmək;
• Şirkətin anbarlarında araşdırmalar aparmalı və uyğunsuzluqları kateqoriyalara ayıraraq hesabatlar hazırlamalı;
• İstehsal prosesində iştirak etməli və yaranmış uyğunsuzluqlar barədə araşdırma apararaq aradan qaldırmalı;
• Şirkət tərkbində fəaliyyət göstərən fabriklərdə, anbarlarda, satış nöqtələrində və şöbələrdə inventarlaşmaya nəzarət etməli;
• Daxili nəzarət sisteminin yaradılması və tətbiqinə, daxili nəzarətin və risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsinə dair təkliflər vermək;
• Ehtiyac olduqda şirkətdə mühasibat uçotunun aparılmasını və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq;
• Daxili audit şöbəsinin fəaliyyətinin təşkil, idarə olunması və tabeçiliyində olan işçilərə nəzarət olunması və s.

TƏLƏBLƏR:

• Ali təhsil (Hüquqşünaslıq, maliyyə, iqtisadiyyat, idarəetmə ixtisasları üzrə);
• Yaş həddi 30-50 aralığı;
• İxtisası üzrə azı 5 il (FMCG sahəsində olması üstünlükdür), müvafiq sahə üzrə rəhbər vəzifədə isə azı 3 il iş təcrübəsi;
• Microsoft excel üzrə tam peşəkar istifadə, digər Office proqramlarından isə sərbəst istifadə bacarığı;
• Konfliktlərin idarəedilməsi, kommunikasiya və təqdimat bacarıqları;

İŞ REJİMİ VƏ DİGƏR ŞƏRTLƏR:

• Əmək haqqı: 3000 azn;
• İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
• İstirahət günləri: şənbə və bazar;
• İş yerinin ünvanı: Bakı şəhəri, Ziya Bünyadov pr. 20/61 Dərnəgül Tikinti Sənayesi

Müraciət etmək istəyən namizədlərdən CV-lərini [email protected] mail ünvanına mövzu hissəsinə “ Audit müdiri” qeyd edərək göndərmələri xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər
X