16.02.2023
Tələblər:
- Yaş həddi: 22-35 yaş;
- Cinsi: Kişi;
- Ali təhsil (riyaziyyat,iqtisadiyyat və maliyyə üzrə arzu olunandır);
- Dil bilikləri:Azərbaycan dilini yaxşı səviyyədə,Rus dili biliyi arzu olunandır;
- Komputer bilikləri: Word və Excel yaxşı səviyyədə.
- İş təcrübəsi: 1 ildən yuxarı (Bank,BOKT və lombard fəaliyyəti sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir);
- İşgüzarlıq, aktivlik,risklərin qiymətləndirilməsi,analitik düşünmə qabiliyyəti, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
- İşdə dəqiqlik və detallara diqqətlilik.
Vəzifə öhdəlikləri:
- Şirkətin struktur bölmələrində mütəmadi audit yoxlamalarının keçirilməsi;
- Mövcud risklərin müəyyənləşdirilməsi və onların aradan qaldırılması ilə bağlı tövsiyələr vermək;
- Şirkətə aid strukturaların yoxlanılması məqsədi ilə ezamiyyələrdə iştirak etmək;
- Yoxlamaya dair hesabatlar hazırlamaq;
- Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
Bizim sizə təklifimiz:
- Müasir idarəetmə sistemi və mehriban kollektiv;
- Bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Gələcək karyeranızın qurulması üçün geniş şərait;
Əgər peşəkar “Kredit Evi” komandasına üzv olmaq istəyirsinizsə şəkilli cvlərinizi (şəkilli cv mütləqdi) [email protected] elektron ünvanına göndərə bilərsiz.
E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (“Audit mütəxəssisi”).
Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq. Nəzərinizə çatdırırıq ki,yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |