Bakı
17.05.2023
Vakansiyanın təsviri
- Vergi məsələlərin həllində birbaşa iştirak və vergi hesabatlarının təhlili
- Büdcə-proqnoz işlərinin təşkili, şirkətin mailiyyə hesabatlılıq sisteminin təhlil və təqibi
- Aktivlərin sayımında iştirak və təhlil
- Daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi
- Təsisçinin göstərişinə əsasən plandan kənar auditlərin aparılması, monitorinqlərin həyata keçirilməsi
- Audit zamanı müəyyən olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər planının icrasının təqib edilməsi, filiallarda (regionlarda) yoxlamaların aparılması
- Auditin nəticələri barədə rəhbərliyə hesabat vermək və müəssisənin fəaliyyətində dəyişikliklərə dair tövsiyələr təqdim etmək
- Şirkətin risklərin idarə edilməsi, daxili nəzarət və korporativ idarəetmə proseslərinin səmərəliliyi və adekvatlılığını sistemli və ciddi bir yanaşma ilə dəyərləndirmək və təkmilləşdirmək
- Risk əsaslı yanaşma ilə təminat və məsləhət xidmətlərinin göstərilməsi və nəticələrinin hesabat olaraq təqdim edilməsi
- Meydana çıxan kənar təsir amillərini nəzərə almaq və alternativ hədəflər müəyyən etmək məqsədi ilə fəaliyyət planına düzəliş etmək üçün təkliflər vermək
- Beynəlxalq mühasibat uçotu standartları əsasında məlumatların (hesabatların ) əldə edilməsini təmin etmək məqsədi ilə daxili nəzarət sistemlərinə düzəlişlər etmək üçün təkliflər vermək
- Rəhbərliyin tapşırığı əsasında növbədənkənar (xüsusi) yoxlamalar keçirmək
- Təşkilati proseslərin güclü və zəif cəhətlərini təhlil etmək, habelə cari və gələcək imkanlar da daxil olmaqla fəaliyyət planına tövsiyələr vermək
- Maliyyə hesabatlarına təsir edə biləcək hüquqi məsələləri nəzərdən keçirmək və tövsiyələr vermək
- Beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək
- Maliyyə hesabatlarının dəqiqliyini və etibarlığını qiymətləndirmək
- Audit müşahidəsi, tövsiyələr və müəyyən edilmiş tədbirlərin yer aldığı hesabatları tərtib etmək
- Beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək
- İş qrafiki: Həftədə 5 gün, 09:00-dan – 18:00-dək
- Əmək haqqı: Müsahibə əsasında
- AR Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır
- İş yeri: Koroğlu m., Anbarım (Əli Vəliyev küç.1)
Xüsusi tələblər
- Ali iqtisadi təhsil
- Vergi qanunvericiliyi, BMU sistemi ilə yaxindan tanışlıq, beynəlxalq sertifikatları olanlara üstünlük veriləcək
- MS Office proqramlarını bilməli
- 1C, Micro proqramları ilə işləmək bacarığı
- Müvafiq sahədə 5-10 il iş təcrübəsi
- (Distribusiya sahəsində iş təcrübəsi arzuolunandır)
- Dil bilikləri: Azərbaycan dili, rus dili və ingilis dili əla səviyyədə bilməli
- Təhlil, analitik düşüncə və yüksək ünsiyyət qurma qabiliyyəti
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Auditor |