26 C
Baku
Thursday, July 25, 2024

Audit üzrə mütəxəssis – Boranı restoranlar şəbəkəsi

0
Audit üzrə mütəxəssis – Boranı restoranlar şəbəkəsi
Bakı
31.03.2023

Əsas vəzifə və öhdəliklər:

  • Məhsullar üzrə norma (reseptura əsasında) maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;
  • Məhsulun maya dəyəri üzrə iqtisadi cəhətdən əsaslandırılmış hesabatının tərtibi;
  • Qiymət məlumat bazasının hazırlanması və qiymət formalaşması prosesində aktiv iştirak;
  • Aylıq və illik istehsalat nəticələrinin təhlili, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlaşdırılan istehsal normalarından kənarlaşmaların araşdırılması və faktiki əməliyyatların icra mexanizminə nəzarət edilməsi;
  • Faktiki çəkilmiş xərclərin təhlili və xərc növləri üzrə mütəmadi hesabatların hazırlanması;
  • Şirkətin daxili qaydalarına uyğun olaraq bütün departamentlərin xərclərinə nəzarət;
  • Anbar sənədlərinin işlənməsi və aparılan əməliyyatların sistemə düzgün daxil edilməsinə nəzarət;
  • Mövcud olan bütün anbarların qalıqlarının çıxarılması və mühasibat sistemində olan qalıqlarla üzləşdirilməsi;
  • Gündəlik və aylıq istehsalat, anbar qalığını əks etdirən hesabatların hazırlanması;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi.
  • Microsoft Office, mühasibatlıq proqramlarından hansınısa bilməli;

Sizə nə təklif edirik?

  • Əlverişli iş mühitində çalışmaq imkanı;
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
  • Əmək haqqı 800 – 1200 Azn;

Vakansiyaya müraciət üçün CV-nizi “ Audit üzrə mütəxəssis” mövzusu ilə email ünvanına göndərməyiniz xahiş olunur. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaAudit/ Konsaltinq Şirkətləri