Bakı
23.02.2024
Tələblər:
- Yaş: 22-35;
- Təhsil: Tibbi, iqtisadi və ya digər analitik ixtisaslar üzrə ali və ya orta ixtisas təhsili;
- Kompüter bilikləri: MS Office proqramlarından istifadə bacarığı;
- Təcrübə: Aptek sahəsində satış üzrə təcrübə yaxud audit təcrübəsi;
- Ezamiyyətə açıq olmalı və növbəli rejimdə işə çıxa bilməli;
- Yeni məlumatları qəbul edib operativ şəkildə tətbiq edə bilməli;
- Analitik təfəkkür;
- İşində peşəkar, məsuliyyətli, ünsiyyətcil, səbrli və inkişafa meyilli;
- Komandada işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- İllik Audit planına və plandan kənar qrafikə əsasən, apteklərə audit vizitlərinin keçirilməsi;
- Təyin edilmiş ölkədaxili ərazilər üzrə ezamiyyətlərə gedilməsi;
- Audit viziti zamanı qarşılaşılan problemli situasiyaların analiz edilməsi, risklərin müəyyənləşdirilməsi, təhlili və tövsiyələrin hazırlanması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi və müvafiq şəkildə hesabatların verilməsi;
- Şirkətdaxili konfidensiallığa riayət olunması;
- Audit vizitinin nəticəsinə uyğun olaraq statistik, risk hesabatlarının və iş planlarının təqdim edilməsi.
İş şəraiti:
- Əmək haqqı: 550 AZN (Gross) + Bonus
- İş qrafiki: Tam iş günü
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Audit kiçik mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
İşin aid olduğu sahə
Kateqoriya | Auditor |