Bakı
31.03.2023
Əsas vəzifə və öhdəliklər:
- Məhsullar üzrə norma (reseptura əsasında) maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;
- Məhsulun maya dəyəri üzrə iqtisadi cəhətdən əsaslandırılmış hesabatının tərtibi;
- Qiymət məlumat bazasının hazırlanması və qiymət formalaşması prosesində aktiv iştirak;
- Aylıq və illik istehsalat nəticələrinin təhlili, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlaşdırılan istehsal normalarından kənarlaşmaların araşdırılması və faktiki əməliyyatların icra mexanizminə nəzarət edilməsi;
- Faktiki çəkilmiş xərclərin təhlili və xərc növləri üzrə mütəmadi hesabatların hazırlanması;
- Şirkətin daxili qaydalarına uyğun olaraq bütün departamentlərin xərclərinə nəzarət;
- Anbar sənədlərinin işlənməsi və aparılan əməliyyatların sistemə düzgün daxil edilməsinə nəzarət;
- Mövcud olan bütün anbarların qalıqlarının çıxarılması və mühasibat sistemində olan qalıqlarla üzləşdirilməsi;
- Gündəlik və aylıq istehsalat, anbar qalığını əks etdirən hesabatların hazırlanması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi.
- Microsoft Office, mühasibatlıq proqramlarından hansınısa bilməli;
Sizə nə təklif edirik?
- Əlverişli iş mühitində çalışmaq imkanı;
- Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
- Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
- Əmək haqqı 800 – 1200 Azn;
Vakansiyaya müraciət üçün CV-nizi “ Audit üzrə mütəxəssis” mövzusu ilə email ünvanına göndərməyiniz xahiş olunur. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Audit/ Konsaltinq Şirkətləri |