22.01.2024
Vakansiyanın təsviri
- Region üzrə obyektlərinin həcmini müəyyən etmək;
- Regionlara ezam
- Fəaliyyət göstərilən ərazidə fakturaların və müştəri borclarının yoxlanışlarını həyata keçirmək və nəticələri raportlamaq;
- Anbarda mövcud olan məhsulların sayımını həyata keçirmək və sayım nəticələrini raportlamaq;
- Audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparır;
- Mənimsəmə və saxtakarlıq hadisələrin araşdırılmasında Departamentin adından iştirak edir;
- Daxili nəzarət sistemlərinin adekvatlığının, səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi işini həyata keçirir;
- Ödənişlərin və satışın effektivliyini nəzərə alaraq aktivlərin idarə edilməsinə nəzarət edir, şirkətin aktivlərinin qorunması vasitələrini qiymətləndirir;
- Şirkətdaxili kompaniyaların şərtlərinə uyğun olaraq malların anbardan təhvil alınıb müştərilərə çatdırılması prosesinə nəzarət edir.
- Şirkətin aylıq, rüblük və illik hesabatlarının yoxlanılması;
- Bütün növ iş sənədlərinin qorunub saxlanılması.
- Həftədə 5 gün, 09:00-dan 18:00-dək
- Əmək haqqı: 1000 azn NET (+ yanacaq xərcləri)
- AR Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır.
- İş yeri: Koroğlu m., Anbarım
Xüsusi tələblər
- Təhsil: Ali (Mühasibat uçotu və audit, idarəçilik, iqtisadiyyat, maliyyə);
- İş təcrübəsi: ən azı 3 il (Mühasibatlıq, Maliyyə, Audit sahəsi üzrə);
- Distribusiya sahəsində təcrübə mütləqdir
- Beynəlxalq Mühasibat Uçotunun ilkin bilikləri;
- 1C, Micro proqramları ilə işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan dili, rus dili və ingilis dili arzuolunan;
- Təhlil, analitik düşüncə və yüksək ünsiyyət qurma qabiliyyəti;
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı
- Vergi qanunvericiliyi, BMU sistemi ilə yaxindan tanışlıq, beynəlxalq sertifikatları olanlara üstünlük veriləcək;
- Analitik və ünsiyyət qurma bacarığı;
- Kompüter bilikləri: MS Office.
- Nəqliyyat mütləqdir
- Daxili audit qaydalarını bilməli;
- İqtisadi sahədə qanunvericiliyi bilməli;
- Mənimsəmə, saxtakarlıq kimi halları aşkar etmə və korporativ idarəetmə bacarığı;
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Audit/ Konsaltinq Şirkətləri |