Ümumi vəzifə öhdəlikləri:
- Audit olunan prosesin daxili nəzarət sistemlərinin mövcud olması, effektivliyi və adekvatlığını yoxlamaq və qiymətləndirmək;
- Zəruri hallarda bankın daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
- Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək;
- Təyin edilmiş vaxt çərçivəsində audit yoxlaması aparılan sahənin risk təhlilini həyata keçirmək;
- Proseslərin müvafiq qanunvericilik, prosedur və qaydalara uyğun olmasını təyin etmək;
- Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri həyata keçirmək;
- İT əməliyyatlarında zəifliklərin müəyyən edilməsi ilə bağlı daxili araşdırmanın aparılması.
Namizədə qarşı tələblər:
- Ali təhsil (iqtisadi və ya hüquqi);
- Daxili audit, risklərin idarə olunması, daxili nəzarət və oxşar sahələrdə minimum 1 il iş təcrübəsi;
- İnformasiya təhlükəsizliyi üzrə iş təcrübəsi arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis dili yaxşı səviyyədə arzuolunandır;
- Excel proqramında işləmək bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı;
- Bankın filiallarına istənilən vaxt ezamiyyətlərə gedə bilmək imkanı və istəyinin olması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Auditor/Aparıcı auditor” şəklində qeyd etməklə 20 yanvar 2023-cü il tarixinədək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. [email protected]
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Auditor, Bank və BOKT işçisi |