8 C
Baku
Sunday, December 1, 2024

Auditor – Azərşəkər LLC

0
Auditor – Azərşəkər LLC
Bakı
16.11.2024

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Audit layihəsinin icrasında birbaşa məsul şəxs qismində fəaliyyət göstərmək.
  • Audit subyektində maliyyə və əməliyyat risklərini, o cümlədən fırıldaqçılıq riskini qiymətləndirmək.
  • Audit layihəsinin əhatə dairəsini, audit proqramının hazırlanmasını və xətti rəhbərlə razılaşdırmaq.
  • Audit müşahidələrinin, risk göstəricilərinin, tövsiyyələrin təqdim olunduğu ilkin audit hesabatını hazırlamaq.
  • Nəzarət sistemlərinin efektivliyini və səmərəliliyini qiymətləndirmək
  • Nəzarət sistemlərində olan boşluqları müəyyən etmək və müvafiq audit müşahidələrini ətraflı təsvir etmək
  • Müəyyən edilmiş audit müşahidələrinin dəstəkləyici dəlillərini və hesablamalarını əldə etmək və qaydalara uyğun sənədləşdirmək
  • Audit prosedurlarının icrasının və sənədləşdirilməsinin qüvvədə olan Daxili Audit təlimatlarına və qaydalarına uyğun aparılmasını təmin etmək
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları icra etmək üzrə profilaktik və gündəlik işləri icra etmək.

Vəzifə tələbləri:

  • Ali iqtisadi təhsil;
  • Kənd təsərrüfatı, istehsalat sahələrində daxili və ya xarici audit, maliyyə, mühasibatlıq, büdcə  və hesabatlılıq üzrə minimum 2 il təcrübə.
  • Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;
  • Mühasibat uçotu və hesabatlılıq üzrə nəzəri biliklər;
  • Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı (İngilis dili biliyi üstünlükdür);
  • Microsoft Excel proqramında sərbəst işləmək bacarığı (Power BI bilikləri üstünlükdür);
  • Certified Internal Auditor (CIA) və ya ACCA üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür.
  • Ezamiyyələrdə iştirak etmək imkanı;

Əlavə məlumat:

  • Struktur: Daxili Audit departamenti;
  • Bilavasitə tabe olduğu şəxs: Departament rəhbəri;
  • İş yeri: Bakı şəhəri, Z. Əliyeva pr 93, BEGOC biznes mərkəzi;
  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
  • Son müraciət tarixi: 16.12.2024

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Auditor) qeyd edərək elektron poçt ünvanına göndərilməsi xahiş olunur.       

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaAuditor