9 C
Baku
Thursday, December 12, 2024

Auditor – Bank Respublika ASC

0
Auditor – Bank Respublika ASC
21.08.2019

Bank Respublika ASC Daxili Audit Departamentinə “Auditor” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Mikro kreditləri sahəsində daxili nəzarət sistemlərinin mövcud olmasının, effektivliyi və adekvatlığının yoxlanılması və qiymətləndirilməsi; 
• Zəruri hallarda bankın daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələrin verilməsi; 
• Yoxlama obyektinə dair ehtimal olunan risklərin müəyyənləşdirilməsi;
• Kredit sahəsində audit testlərinin həyata keçirilməsi;
• Filiallarda kredit portfellərinin təhlili və monitorinqinin həyata keçirilməsi.

Namizədə qarşı tələblər:

• Ali iqtisadi və ya hüquqi təhsil;
• Daxili audit sahəsində (Biznes kreditləri üzrə) və ya Mikro, Aqro  kreditləri üzrə kredit mütəxəssisi vəzifəsində ən azı bir il iş təcrübəsi; 
• Analitik düşünmə qabiliyyəti;
• Dil bilikləri: Azərbaycan dili (əla), rus və ingilis dilləri arzuolunandır;
• Excell proqramında işləmə bacarığı;
• Ünsiyyət qurma bacarığı;
• Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı;
• Bankın filiallarına zərurət zamanı ezamiyyələrə gedə bilmək imkanı və istəyinin olması.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 Avqust 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Auditor” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaAuditor