14 C
Baku
Saturday, November 23, 2024

Auditor köməkçisi – Bank Respublika

0
Auditor köməkçisi – Bank Respublika
19.07.2019

Bank Respublika” ASC Daxili Audit Departamentinə “Auditor köməkçisi” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Əməliyyat sahəsində daxili nəzarət sistemlərinin mövcud olması, effektivliyi və adekvatlığının yoxlanması və qiymətləndirilməsi; 
• Zəruri hallarda bankın daxili qaydalarında, prosedurlarında və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr verilməsi; 
• Yoxlama obyektinə dair ehtimal olunan risklərin müəyyənləşdirməsi; 
• Təyin edilmiş vaxt çərçivəsində audit olunan departamentin və ya Əməliyyat sahəsinin risk təhlilinin həyata keçirilməsi;
• Əməliyyat sahəsində audit testlərinin həyata keçirilməsi;
• Filiallarda baş vermiş əməliyyatların yoxlanması;
• Əməliyyat proseslərinin müvafiq qanunvericiliyə, prosedur və qaydalara uyğun olmasının təyin ediməsi;
• Bankın orta menecmentinə və vəzifəcə yuxarı olan auditorlara şifahi hesabat vermək və audit olunmuş sahə üzrə tam və aydın hesabatın hazırlanması;
• Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələrin həyata keçirilməsi.

Namizədə qarşı tələblər:

• Ali iqtisadi və ya hüquqi təhsil;
• Daxili audit sahəsində və ya bank sahəsində əməliyyatçı kimi ən azı bir il iş təcrübəsi; 
• Analitik düşünmə qabiliyyəti;
• Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzuolunandır;
• Excell proqramında işləmə bacarığı;
• Ünsiyyət qurma bacarığı;
• Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı;
• Bankın filiallarına zərurət zamanı ezamiyyələrə gedə bilmək imkanı və istəyinin olması;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 iyul 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Auditor köməkçisi” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaAuditor