13 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

Azərbaycan şirkəti Audit şöbəsinə rəhbər axtarır – Maaş 2500-3000 ₼

0
Azərbaycan şirkəti Audit şöbəsinə rəhbər axtarır – Maaş 2500-3000 ₼
Bakı
04.11.2021

“Performance Center Co” şirkəti Audit şöbəsinin rəhbəri vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

  • Vergi məsələlərin həllində birbaşa iştirak və vergi hesabatlarının təhlili;
  • Büdcə-proqnoz işlərinin təşkili, şirkətin mailiyyə hesabatlılıq sisteminin təhlil və təqibi;
  • Aktivlərin sayımında iştirak və təhlil;
  • Daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
  • Təsisçinin göstərişinə əsasən plandan kənar auditlərin aparılması, monitorinqlərin həyata keçirilməsi;
  • Audit zamanı müəyyən olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər planının icrasının təqib edilməsi, filiallarda (regionlarda) yoxlamaların aparılması.

Tələblər:

  • Ali iqtisadi təhsil;
  • Vergi qanunvericiliyi, BMU sistemi ilə yaxindan tanışlıq, beynəlxalq sertifikatları olanlara üstünlük veriləcək;
  • MS Office proqramlarını bilməli;
  • 1C proqramları ilə işləmək bacarığı;
  • Müvafiq sahədə 5-10 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili, rus dili və ingilis dili əla səviyyədə bilməli;
  • Təhlil, analitik düşüncə və yüksək ünsiyyət qurma qabiliyyəti;
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı.

İş şərtləri: 

  • İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
  • Əmək haqqı: 2500-3000 ₼
  • AR Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini  məktubun mövzu hissəsində Audit şöbəsinin rəhbəri” qeyd etməklə göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər
X