11 C
Baku
Cümə, Dekabr 3, 2021

Azərbaycan şirkəti Zəngilanda işçi axtarır

0
Azərbaycan şirkəti Zəngilanda işçi axtarır
12.11.2021

İşəgötürən: AS Group şirkəti

Vəzifə: Mühasib (Zəngilan)

Son tarix 11 dek 2021

Vəzifə öhdəlikləri:

  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət etmək;
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək;
  • Pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, mal-material uçotunu, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
  •  Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
  • Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb, mühasibatlıq proqramına daxil olunmasına nəzarət etmək;
  • Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etmək;
  • Fəaliyyəti ilə əlaqədar digər strukturlarla əlaqələndirməni təşkil etmək.

Vəzifə üzrə tələblər:

  • Maliyyə mühasibatlıq sahəsi üzrə ali təhsil;
  • İnşaat sahəsində olmaqla, ən azı 2 illik iş təcrübəsi;
  • Qısa müddətli ölkədaxili ezamiyyə səfərlərinə hazır olmaq;
  • Sahə üzrə qanunvericiliyin bütün tələblərini (xüsusilə vergi sistemini) bilmək;
  • Milli mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək;
  • Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
  • MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
  •  Mühasibatlıq proqramında işləmək bacarıqları 1c (8.3).

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını – “Mühasib – Zəngilan”, qeyd etməklə CV formalarını göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaMühasib
X