10 C
Baku
Tuesday, November 26, 2024

“Azərbaycan Dəmir Yolları” QSC rəhbər və digər vəzifələrə 5 vakansiya elan edib

0
“Azərbaycan Dəmir Yolları” QSC rəhbər və digər vəzifələrə 5 vakansiya elan edib
15.07.2019

1. Şöbə rəisinin müavini

Vakansiyanın kodu: V19052401/2

Vakansiyanın kateqoriyası: Rəhbər

Vakansiyanın aid olduğu struktur vahid: İnvestisiya İdarəsi

Vakansiya üzrə struktur: Aktivlərin idarə olunması şöbəsi

Ödəniş növü: Vaxtamuzd

Əməyin ödənilməsi dərəcəsi: –

Vəzifə (peşə) üzrə əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Əlavə ödəniş: Qanunvericiliyə uyğun olaraq

İş vaxtının norması: 09:00-18:00 / 5 gün

Əmək şəraiti: Ofisdaxili

Digər təminatlar: –
İş yerinin ünvanı: Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230

Tələb olunan təhsil istiqaməti/ixtisası: İqtisadiyyat, maliyyə, idarəetmə, mühəndislik sahələrindən hər hansı biri

Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavr

Tələb olunan minimum əmək stajı: 3 il

Tələb olunan komputer bilikləri:
-MS Office – yaxşı səviyyədə;
-Sahə ilə əlaqədar ERP (Təşkilati Resursların Planlaşdırılması) sistemi – yaxşı səviyyədə.

Tələb olunan xarici dil bilikləri:
İngilis dili – sərbəst səviyyədə;
Rus dili – orta səviyyədə.

Vəzifə üzrə tələb olunan biliklər :
-Azərbaycan Respublikasının maliyyə və investiya sahəsində qanunvericiliyi;
-Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
-Cəmiyyətin fəaliyyəti üçün rəhbərlik tərəfindən qəbul olunan qayda və təlimatlar, sərəncam və əmrlər, metodiki, normativ və başqa rəhbəredici materiallar;
-Beynəlxalq standartlar (ISO 55000, ISO 55001, ISO 55002);
-Aktivlərin İdarə Edilməsi üzrə İnstitutun (IAM) müvafiq metodiki və rəhbəredici materialları.

Fərdi Keyfiyyət göstəriciləri: Korporativ loyallıq, təşkilatçılıq, ünsiyyət qurmaq bacarığı

Tələb olunan vəsiqə və ya sertifikat: 
Digər tələb və üstünlük göstəriciləri:Avropa və ABŞ-da bakalavr təhsili, magistr təhsili, idarəetmə üzrə təhsili olan namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:
-Cəmiyyətin aktivlərin idarə edilməsi siyasətinin və strategiyasının Cəmiyyətin ümumi strategiya və planlarına uyğunluğununun təmin edilməsində, infrastruktur, hərəkət vasitələri və digər aktivlər üzrə planların hazırlanmasında iştirak etmək;
-Cəmiyyətdə aktivlər üzrə fəaliyyətlərin korporativ idarəetmə və məsuliyyət əsasında həyata keçirilməsi, aktivlərin səmərəli, davamlı, sistemli, əlaqəli, həm hazırkı, həm də gələcək istifadəçilər üçün xərc baxımından əlverişli idarə edilməsinin təmin edilməsi məqsədilə koordinasiya, monitorinq və qiymətləndirməni həyata keçirmək;
-Cəmiyyətdə aktivlərin idarə edilməsi üzrə hesabatlılığı təmin etmək, hesabatların forma, məzmun və intervalını müəyyənləşdirilməsində iştirak etmək, elektron və yazılı məlumat bazasının yaradılmasını, məlumatların müvafiq dövriyyəsini və mütəmadi olaraq yenilənməsini təşkil etmək;
-Aktivlərin idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində son müsbət təcrübənin öyrənilməsi məqsədilə beynəlxalq və yerli təşkilatların mütəxəssisləri ilə əlaqələr yaratmaq, fikir mübadiləsi aparmaq, bu sahədə müsbət tendensiyaları izləmək və tətbiq imkanlarını araşdırmaq;
-Aktivlərin idarə edilməsi ilə əlaqədar risklərin qiymətləndirilməsi və tənzimlənməsində iştirak etmək.

Vakansiyanın elan olunma tarixi: 15.07.2019

Son müraciət tarixi: 24.07.2019

Vakansiyaya müraciət etmək üçün link: https://ady.az/az/career/vacancy/69/1183


2. Hərəkət heyəti üzrə aparıcı mühəndis

Vakansiyanın kodu: V19052403/2

Vakansiyanın kateqoriyası: Qulluqçu

Vakansiyanın aid olduğu struktur vahid: İnvestisiya İdarəsi

Vakansiya üzrə struktur: Aktivlərin idarə olunması şöbəsi

Ödəniş növü: Vaxtamuzd

Əməyin ödənilməsi dərəcəsi: –

Vəzifə (peşə) üzrə əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Əlavə ödəniş: Qanunvericiliyə uyğun olaraq

İş vaxtının norması: 09:00-18:00 / 5 gün

Əmək şəraiti: Ofisdaxili

Digər təminatlar: –
İş yerinin ünvanı: Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230

Tələb olunan təhsil istiqaməti/ixtisası: Mexanika mühəndisliyi, Dəmir yol nəqliyyatı və təsərrüfatı mühəndisliyi,
Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi sahələrindən hər hansı biri

Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavr

Tələb olunan minimum əmək stajı: 3 il

Tələb olunan komputer bilikləri: 
-Microsoft Excel – yaxşı səviyyədə;
-Microsoft Word – yaxşı səviyyədə;
-Microsoft Access – yaxşı səviyyədə.

Tələb olunan xarici dil bilikləri:
-İngilis dili – sərbəst səviyyədə;
-Rus dili – orta səviyyədə.

Vəzifə üzrə tələb olunan biliklər: 
-Vaqon müayinəçisinin təlimatı;
-Azərbaycan Dövlət Dəmir Yolunun Texniki istismar qaydaları;
-Lokomotiv təsərrüfatı üzrə zəruri biliklər.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri: Planlaşdırma, korporativ loyallıq, operativlilik

Tələb olunan vəsiqə və ya sertifikat: 
Digər tələb və üstünlük göstəriciləri: Xaricdə ali təhsil, magistr təhsili almış namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:
-Hərəkət heyəti üzrə aktivlərə olan ehtiyacın müəyyən edilməsi, onların əldə edilməsi, istismarı, müayinəsi, müxtəlif səviyyəli cari və əsaslı təmiri, modernizasiyası, yenilənməsi və silinməsi ilə bağlı proseslərin təkmilləşdirilməsi, sistemləşdirilməsi və səmərəli təşkil edilməsi ilə bağlı rəy və təkliflər vermək;
-Hərəkət heyəti üzrə aktivlərinin idarə edilməsi üzrə informasiyanın məzmunu, forması və avtomatlaşdırılması ilə əlaqədar təkliflər vermək, elektron və yazılı məlumat bazasının yaradılmasında və yenilənməsində iştirak etmək;
-Hərəkət heyəti üzrə aktivlərin idarə edilməsi ilə əlaqədar risklərin aşkar edilməsi, qiymətləndirilməsi və tənzimlənməsində iştirak etmək.

Vakansiyanın elan olunma tarixi: 15.07.2019

Son müraciət tarixi: 24.07.2019

Vakansiyaya müraciət etmək üçün link: https://ady.az/az/career/vacancy/69/1181


3. Aparıcı mühəndis

Vakansiyanın kodu: V19052408/2

Vakansiyanın kateqoriyası: Qulluqçu

Vakansiyanın aid olduğu struktur vahid: İnvestisiya İdarəsi

Vakansiya üzrə struktur: İnvestisiyaların planlaşdırılması şöbəsi

Ödəniş növü: Vaxtamuzd

Əməyin ödənilməsi dərəcəsi: –

Vəzifə (peşə) üzrə əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Əlavə ödəniş: Qanunvericiliyə uyğun olaraq

İş vaxtının norması: 09:00-18:00 / 5 gün

Əmək şəraiti: Ofisdaxili

Digər təminatlar: –
İş yerinin ünvanı: Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230

Tələb olunan təhsil istiqaməti/ixtisası: İnşaat mühəndisi, Mexanika mühəndisi sahələrindən hər hansı biri

Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavr

Tələb olunan minimum əmək stajı: 3 il

Tələb olunan komputer bilikləri:
-MS Office – yaxşı səviyyədə;
-AutoCAD – yaxşı səviyyədə.

Tələb olunan xarici dil bilikləri:
-İngilis dili – sərbəst səviyyədə;
-Rus dili – orta səviyyədə.

Vəzifə üzrə tələb olunan biliklər: 
-Azərbaycan Respublikasının maliyyə, investiya və tikinti sahəsinə aid müvafiq qanunvericiliyə dair biliklər;
-Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
-Cəmiyyətin fəaliyyəti üçün rəhbərlik tərəfindən qəbul olunan qayda və təlimatlar, sərəncam və əmrlər, metodiki, normativ və başqa rəhbəredici materiallar.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri: Korporativ loyallıq; operativlilik, planlaşdırma

Tələb olunan vəsiqə və ya sertifikat: –
Digər tələb və üstünlük göstəriciləri: Avropa və ABŞ-da bakalavr təhsili, magistr təhsili almış namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:
-Cəmiyyətin fəaliyyətinin əsas istiqamətləri və prioritetləri nəzərə alınmaqla Cəmiyyətin aparatının struktur bölmələri və strukturuna daxil daxil olan qurumlardan əldə edilmiş layihə təklifləri əsasında Cəmiyyətin İnvestisiya Proqramının hazırlanmasında iştirak etmək;
-Cəmiyyətin İnvestisiya Proqramına daxil edilməsi üçün təqdim edilmiş layhə təkliflərinə dair texniki-iqtisadi əsaslandırma, texniki-iqtisadi hesablama və layihə-smeta sənədlərinin təhlili və qiymətləndirilməsi ilə bağlı rəy və təkliflər vermək;
-Dəmir yolu üzrə ehtiyacın ödənilməsi məqsədilə yeni tikinti, yenidənqurma, modernizasiya və təmir işləri üzrə dizayn, konseptual və müfəssəl layihələndirmə, smetanın hesablanması, ilkin məlumatların hazırlanmasının təşkil edilməsi ilə bağlı rəy və təkliflər vermək;
-Cəmiyyətdə investisiya layihələrinin idarə edilməsi üzrə hesabatlılığı təmin etmək, hesabatların forma, məzmun və intervalının müəyyənləşdirilməsində iştirak etmək, elektron və yazılı məlumat bazasının yaradılmasını, məlumatların müvafiq dövriyyəsi və mütəmadi olaraq yenilənməsində iştirak etmək;
-İnfrastruktur layihələrinə investiya qoyuluşu istiqamətində son müsbət təcrübənin öyrənilməsi məqsədilə beynəlxalq və yerli təşkilatların mütəxəssisləri ilə əlaqələr yaratmaq, fikir mübadiləsi aparmaq, bu sahədə müsbət tendensiyaları izləmək və tətbiq imkanlarını araşdırmaq;
-İnvestisiya proqramı ilə əlaqədar risklərin qiymətləndirilməsi və tənzimlənməsində iştirak etmək.

Vakansiyanın elan olunma tarixi: 15.07.2019

Son müraciət tarixi: 24.07.2019

Vakansiyaya müraciət etmək üçün link: https://ady.az/az/career/vacancy/69/1186


4. Aparıcı iqtisadçı

Vakansiyanın kodu: V19052407/2

Vakansiyanın kateqoriyası: Qulluqçu

Vakansiyanın aid olduğu struktur vahid: İnvestisiya İdarəsi

Vakansiya üzrə struktur: İnvestisiyaların planlaşdırılması şöbəsi

Ödəniş növü: Vaxtamuzd

Əməyin ödənilməsi dərəcəsi:

Vəzifə (peşə) üzrə əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Əlavə ödəniş: Qanunvericiliyə uyğun olaraq

İş vaxtının norması: 09:00-18:00 / 5 gün

Əmək şəraiti: Ofisdaxili

Digər təminatlar: –
İş yerinin ünvanı: Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230

Tələb olunan təhsil istiqaməti/ixtisası: İqtisadiyyat, maliyyə, idarəetmə sahələrindən hər hansı biri

Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavr

Tələb olunan minimum əmək stajı: 3 il

Tələb olunan komputer bilikləri: 
MS Office – yaxşı səviyyədə;
Sahə ilə əlaqədar modelləşdirmə alətləri – yaxşı səviyyədə.

Tələb olunan xarici dil bilikləri:
İngilis dili – sərbəst səviyyədə;
Rus dili – orta səviyyədə.

Vəzifə üzrə tələb olunan biliklər: 
-Azərbaycan Respublikasının maliyyə və investiya sahəsinə aid müvafiq qanunvericiliyə dair biliklər;
-Xərc-fayda təhlili və maliyyə təhlili üzrə rəhbəredici və metodiki materiallar;
-Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
-Cəmiyyətin fəaliyyəti üçün rəhbərlik tərəfindən qəbul olunan qayda və təlimatlar, sərəncam və əmrlər, metodiki, normativ və başqa rəhbəredici materiallar.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri: Korporativ loyallıq; operativlilik, ünsiyyət qurmaq bacarığı

Tələb olunan vəsiqə və ya sertifikat: –
Digər tələb və üstünlük göstəriciləri: Avropa və ABŞ-da bakalavr, magistr təhsili, idarəetmə üzrə təhsili olan namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri: 
-Cəmiyyətin İnvestisiya Proqramına daxil edilməsi üçün təqdim edilmiş layihə təkliflərinə dair texniki-iqtisadi əsaslandırma, texniki-iqtisadi hesablama və layihə-smeta sənədlərini təhlil etmək, müəyyən olunmuş meyarlar əsasında onların səmərəliliyini qiymətləndirmək və prioritetləşdirmə barədə təkliflər vermək, İnvestisiya Proqramının hazırlanmasında iştirak etmək;
-Cəmiyyətin investisiya layihələrinin idarə edilməsi üzrə hesabatlılığın təmin edilməsi, elektron və yazılı məlumat bazasının yaradılması, məlumatların müvafiq dövriyyəsi və mütəmadi olaraq yenilənməsinə dair təkliflər vermək;
-İnvestiya planlaşdırılmasının təkmilləşdirilməsi istiqamətində son müsbət təcrübənin öyrənilməsi məqsədilə beynəlxalq və yerli təşkilatların mütəxəssisləri ilə əlaqələr yaratmaq, fikir mübadiləsi aparmaq, bu sahədə müsbət tendensiyaları izləmək və tətbiq imkanlarını araşdırmaq;
-İnvestisiya proqramı ilə əlaqədar risklərin qiymətləndirilməsi və tənzimlənməsində iştirak etmək;
-İnvestisiya layihələrinin TİT, dövlət-özəl tərəfdaşlıq və digər metodlarla reallaşdırılması barədə təkliflər vermək;
-Layihələrin icrasının monitorinqi ilə əlaqədar məlumatları təhlil etmək.

Vakansiyanın elan olunma tarixi: 15.07.2019

Son müraciət tarixi: 24.07.2019

Vakansiyaya müraciət etmək üçün link: https://ady.az/az/career/vacancy/69/1185


5. Yol və qurğular üzrə böyük mühəndis

Vakansiyanın kodu: V19052404/2

Vakansiyanın kateqoriyası: Qulluqçu

Vakansiyanın aid olduğu struktur vahid: İnvestisiya İdarəsi

Vakansiya üzrə struktur: Aktivlərin idarə olunması şöbəsi

Ödəniş növü: Vaxtamuzd

Əməyin ödənilməsi dərəcəsi: 
Vəzifə (peşə) üzrə əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Əlavə ödəniş: Qanunvericiliyə uyğun olaraq

İş vaxtının norması: 09:00-18:00 / 5 gün

Əmək şəraiti: Ofisdaxili

Digər təminatlar: 
İş yerinin ünvanı: Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230

Tələb olunan təhsil istiqaməti/ixtisası: Nəqliyyat tikintisi mühəndisliyi, Dəmir yol nəqliyyatı və təsərrüfatı mühəndisliyi sahələrindən hər hansı biri

Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavr
Tələb olunan minimum əmək stajı: 3 il

Tələb olunan komputer bilikləri: 
Microsoft Excel – yaxşı səviyyədə;
Microsoft Word – yaxşı səviyyədə;
Microsoft Access – yaxşı səviyyədə.

Tələb olunan xarici dil bilikləri: 
İngilis dili – sərbəst səviyyədə; 
Rus dili – orta səviyyədə.

Vəzifə üzrə tələb olunan biliklər: 
Dəmir yolunun cari saxlanışına dair təlimat;
Azərbaycan Dövlət Dəmir Yolunun Texniki İstismar Qaydaları.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri: 
Planlaşdırma, korporativ loyallıq, operativlilik.

Tələb olunan vəsiqə və ya sertifikat: 

Digər tələb və üstünlük göstəriciləri: Xaricdə ali təhsil, magistr təhsili almış namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:
-Dəmir yolu və süni qurğuları üzrə aktivlərə olan ehtiyacın müəyyən edilməsi, onların əldə edilməsi, istismarı, müayinəsi, müxtəlif səviyyəli cari və əsaslı təmiri, modernizasiyası, yenilənməsi və silinməsi ilə bağlı proseslərin təkmilləşdirilməsi, sistemləşdirilməsi və səmərəli təşkil edilməsi ilə bağlı rəy və təkliflər vermək;

-Dəmir yolu və süni qurğuları üzrə aktivlərinin idarə edilməsi üzrə informasiyanın məzmunu, forması və avtomatlaşdırılması ilə əlaqədar təkliflər vermək, elektron və yazılı məlumat bazasının yaradılmasında və yenilənməsində iştirak etmək;

-Dəmir yolu və süni qurğuları üzrə aktivlərin idarə edilməsi ilə əlaqədar risklərin aşkar edilməsi, qiymətləndirilməsi və tənzimlənməsində iştirak etmək.

Vakansiyanın elan olunma tarixi: 15.07.2019

Son müraciət tarixi: 24.07.2019

Vakansiyaya müraciət etmək üçün link: https://ady.az/az/career/vacancy/69/1184

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları