Bakı
21.08.2023
Əsas vəsaitlərin və mal-material qiymətlilərin uçotu üzrə anbar mühasibi ilk növbədə anbara daxil olan inventarların hərəkətinə cavabdehdir.
Vəzifə öhdəlikləri:
- Anbara mədaxil/məxaric edilən mal-material qiymətlilərinin uçotunun aparılması;
- Daxil olan elektron qaimə fakturaların və YGB-lərin 1C proqramında əks etdirilməsi;
- 1 C proqramına daxil edilən əməliyyatların SUN proqramına transfer edilməsi;
- Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək;
- Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil Ali təhsil (Maliyyə və ya mühasibatlıq üzrə) ;
- Azərbaycan dili – əla;
- Kompüter bilikləri (xüsusi proqramlar): Microsoft Excel , Word; 1C;
- Əsas vəsaitlərin və inventarların idarə edilməsi haqqında anlayış;
- Ünsiyyət qurmaq bacarığı;
- Detallara diqqət yetirmək bacarığı;
- Problemi həll etmək bacarığı;
- Hesabat hazırlama bacarığı.
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
- Şənbə və bazar qeyri-iş günləridir;
- Bayram və matəm günləri qeyri-iş günləridir;
- Nəqliyyat şirkət tərəfindən təmin olunur;
- İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |