10 C
Baku
Tuesday, November 26, 2024

“AzerGold” QSC-dən kütləvi vakansiya elanı

0
“AzerGold” QSC-dən kütləvi vakansiya elanı
27.02.2019

Şirkət haqqında:

“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

SİYAHI:

1. Müqavilələrin idarəçiliyi sektorunun müdiri

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Anglo-sakson hüquq sisteminə daxil olan müqavilələrlə işləmək təcrübəsinə malik olmalı;
• Kommersiya hüququ üzrə dərin biliklərlə malik olmalı;
• Qanunvericiliyi hərtərəfli analiz etmə və müqavilələr kontekstində düzgün tətbiq etmə bacarığına malik olmalı;
• Komanda ruhu, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və müxtəlif hüquq sahələri ilə əlaqəli təhlil etmə bacarığı, hesabat yazma səriştəsi;
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (mükəmməl), Microsoft Office və digər proqramlar.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali hüquq təhsili. (Müqavilələin idarəçiliyi üzrə xaricdə təhsilin mövcudluğu arzuolunandır)
• Müvafiq sahədə 4 ildən çox iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq  “Müqavilələrin idarəçiliyi sektorunun müdiri” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)[email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
____________________________

2. Hüquqşünas (Anglo-sakson hüquq sistemlərinin müqavilə hüququ üzrə)

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Anglo-sakson hüquq sistemlərinin müqavilə hüququ barədə biliklərə və iş təcrübəsinə malik olmalı;
• Komanda ruhu, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və müxtəlif hüquq sahələri ilə əlaqəli təhlil etmə bacarığı, hesabat yazma səriştəsi;
• İngilis və Azərbaycan dillərini mükəmməl səviyyədə bilməli;

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali hüquq təhsili. 
• Müvafiq sahədə minimum 2 il iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq  ” Hüquqşünas (Anglo-sakson hüquq sistemlərinin müqavilə hüququ)” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq
____________________________

3. Hüquqi təhlil və analiz sektorunun müdiri

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Azərbaycan milli qanunvericiliyi (xüsusilə yerin təkindən istifadə, mədənçilik, torpaq qanunvericiliyi və ətraf mühitin mühafizəsi) üzrə dərin biliklərə malik olmalı;
• Dövlət qurumları ilə danışıqların aparılması, mübahisəli vəziyyətlərin idarəedilməsi üzrə təcrübəyə malik olmalı;
• Azərbaycan qanunvericiliyini Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə və konvensiyalar kontekstində effektiv şərh və tətbiqetmə vərdişlərinə malik olmalı;
• Komanda ruhu, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və müxtəlif hüquq sahələri ilə əlaqəli təhlil etmə bacarığı, hesabat yazma səriştəsi;
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (mükəmməl), Microsoft Office və digər proqramları.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali hüquq təhsili. 
• Hüquqi təhlil ilə əlaqəli istiqamət üzrə (elmi tədqiqatalar, araşdırmalar) minimum 4 il iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq  ” Hüquqi təhlil və analiz sektorunun müdiri” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

____________________________

4. Hüquqşünas (maliyyə və vergi hüququ üzrə)

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Azərbaycan Respublikasının maliyyə, mühasibat uçotu, vergi və büdcə qanunvericiliyi haqqında dərin akademik biliklərə malik olmalı;
• Komanda ruhu, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və müxtəlif hüquq sahələri ilə əlaqəli təhlil etmə bacarığı, hesabat yazma səriştəsi;
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili arzuolunandır, Microsoft Office və digər proqramlar

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali hüquq təhsili. 
• Maliyyə və vergi hüququnun tətbiqi və şərhi üzrə 2 ilə qədər iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq  “Hüquqşünas (maliyyə və vergi hüququ üzrə)” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

____________________________

5. Hüquqi təhlil və analiz sektorunun hüquqşünası

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Vətəndaş müraciətləri üzrə iş aparılmasına dair təcrübə olmalı;
• Azərbaycan Respublikasının inzibati prosessual, mülki prosessual və cinayət prosessual, İnzibati icraat sahələrində dərin akademik bilikləri olmalı;
• Analitik düşüncə və müxtəlif hüquq sahələrini əlaqəli təhlil etmə bacarığı.
• Komanda ruhu, şəxsi və peşəkar inkişaf.
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili arzuolunandır, Microsoft Office və digər proqramlar

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali hüquq təhsili. 
• Məhkəmə mübahisələrinin aparılmasında və ya məhkəmə sistemində hüquqşünas qismində 2 ilə qədər iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq  ” Hüquqi təhlil və analiz sektorunun hüquqşünası” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
____________________________

6. Hüquqşünas (Milli müqavilə hüququ üzrə)

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Milli müqavilə hüququ üzrə dərin biliklərə malik olmalı;
• Komanda ruhu, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və müxtəlif hüquq sahələri ilə əlaqəli təhlil etmə bacarığı, hesabat yazma səriştəsi;
• İngilis və Azərbaycan dillərini müqavilə mətnləri ilə işləmə səviyyəsində bilməli.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali hüquq təhsili. 
• Müvafiq sahədə minimum 2 il iş təcrübəsi.


Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq  “Hüquqşünas (Milli müqavilə hüququ üzrə)” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

____________________________

7. Daxili nəzarət şöbəsi / aparıcı mütəxəssis

İşin təsviri:

• Aparıcı mütəxəssis şöbənin Əsasnaməsinə müvafiq olaraq Daxili Nəzarət Şöbəsinin yuxarı vəzifəli işçi heyətini şöbənin fəaliyyəti istiqamətində dəstəkləyir.
• Aparıcı mütəxəssis daxili nəzarət alətlərindən istifadə etməklə Cəmiyyətin mövcud vəziyyətini təhlil edir, riskləri və onların təsirini aşkarlayır və daxili nəzarətin qabaqlayıcı (preventiv) və sonrakı (detektiv) tədbirləri ilə əlaqədar tövsiyyələr verir.

Əsas vəzifə və öhdəliklər:

• Metodologiyanın hazırlanması və tətbiqi:
– Siyasət, prosedur və qaydaların, habelə metodologiyanın dəyişdirilməsi, yenilərinin hazırlanmasında iştirak edir;
– Tamlıq, dəqiqlik və səmərəliliyi təmin etmək üçün bütün siyasət, prosedur və qaydaların dövrü olaraq (illik) qiymətləndirilməsini təşkil edir;
– Cəmiyyətdə qısa, orta və uzunmüddətli inkişaf planlarının (strateji, taktiki və ya əməliyyat planı) hazırlanmasında iştirak edir;
– Siyasət, prosedur və qaydalarda edilən dəyişikliklərin Cəmiyyətin əməkdaşlarına müvafiq qaydada çatdırılmasını təmin edən mexanizmləri yoxlayır, habelə müvafiq çatdırılmanı təmin etmək üçün təşkil olunan təlimlərin effektivliyinə nəzarət edir.
• Kamplayns (uyğunluq) üzrə nəzarət:
– Cəmiyyətin mövcud siyasət, prosedur və qaydalarından, habelə fəaliyyət istiqamətindən yayınmaların səbəb olacağı riskləri və onların təsirini dəyərləndirir;
– Cəmiyyətin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunu və yayınmaları qiymətləndirir;
– Cəmiyyətin PL və TMM ilə bağlı siyasətin tətbiqinə, habelə tənzimləyici orqan qarşısında hesabatlılığın təmin olunmasına nəzarət edir.
• Daxili tədqiqatların aparılması:
– Qanunvericiliyin, habelə daxili qayda, prosedur və siyasətlərin pozulması ilə müşahidə olunan hadisələri araşdırır;
– Müvafiq mövzuda təkliflər təqdim edir, hesabat və xidməti məruzələrin hazırlanmasında yaxından iştirak edir.

Tələb olunan meyarlar:

• Müvafiq sahə üzrə ali təhsil;
• Bilik, bacarıq və səriştələr: Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi.
• İş təcrübəsi: Minimum 3 il müvafiq sahədə iş təcrübəsi (Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit sahəsi, habelə keyfiyyət idarəetmə sistemləri üzrə iş təcrübəsinə malik olan şəxslər arzuolunandır).
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (səlis), Microsoft Office və digər proqramlar.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq ” Daxili nəzarət şöbəsinin aparıcı mütəxəssisi” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected]  elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

____________________________

8. Geoloji kəşfiyyat şöbəsi, Texnik-geoloq  (Daşkəsən rayonu, Çovdar Filiz Emalı sahəsi)

Əsas vəzifə və öhdəliklər:

• Əvvəllər yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinin nəticələri ilə tanışlıq və nəticələrin əldə edilməsi;
• Kameral şəraitdə işləmək;
• Çöl şəraitində yerüstü sınaqlaşdırma və xəritəalma işlərini yerinə yetirmək;
• Buruq-qazma quyularına nəzarət, kern məhsullarının sənədləşdirilməsi;
• Çöl şəraitində toplanılmış materialların kameral şəraitdə  işlənilməsi (məlumatların bazaya daxil olunması);
• Tələb olunan digər tapşırıqları yerinə yetirilməsi.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Azərbaycan və ətraf regionun geoloji quruluşu haqqında biliklər;
• Nəcib və əlvan metal yataqlarının sənaye-genetik tipləri haqqında biliklər;
• Filiz və qeyri-filiz faydalı qazıntı yataqları haqqında biliklər;
• Yerüstü xəritəalma işlərinə dair ümumi anlayışa sahib olmaq;
• Yerli və xarici mütəxəsisslərlə işləmək bacarığı;
• Çöl şəraitində yaşamaq və işləmək bacarığı;
• Yüksək dağ şəraitində işləmək bacarığı;
• Microsoft Office proqramları ilə işləmək bacarığı;
• 2 ölçülü xəritəalma proqram təminatında (ArcGis) məlumatların bazaya daxil edilməsi, bazadan məlumatların əldə edilməsi;
• Dil bilikləri:  Azərbaycan dilində sərbəst, İngilis və Rus dilləri arzuolunandır.
• Çöl şəraitində yerinə yetirdiyi işlərin nəticələrinin ümumi məlumatlar bazasına yerləşdirmək vərdişi;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, aktivlik, çeviklik və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Müvafiq sahə üzrə ali təhsil;
• Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq ” Texnik-geoloq” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected]  elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

____________________________

9. Geoloji kəşfiyyat şöbəsi, Baş geoloq  (Daşkəsən rayonu, Çovdar Filiz Emalı sahəsi)

Əsas vəzifə və öhdəliklər:

• Əvvəllər yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinin nəticələrinin araşdırılması və potensial sahələrin müəyyənləşdirilməsinin təşkili və idarə olunması;
• Kameral şəraitdə layihələrin hazırlanması işlərinin təşkili və idarə edilməsi;
• Layihə üzrə çöl şəraitində yerüstü sınaqlaşdırma və xəritəalma işlərinin yerinə yetirilməsi işlərinə birbaşa məsuliyyət daşımaq;
• Layihə üzrə buruq-qazma quyularının keçirilməsinə nəzarət, kern məhsullarının sənədləşdirilməsi və sınaqlaşdırılması işlərinə birbaşa məsuliyyət daşımaq;
• Çöl şəraitində toplanılmış materialların kameral şəraitdə işlənilməsi, müxtəlif təyinatlı cizgi, sxem, xəritə və planların eləcə də kəsilişlərin tərtibi;
• Əldə edilmiş nəticələr əsasında proqnoz ehtiyatların hesablanması; 
• Tələb olunan digər tapşırıqların yerinə yetirilməsi.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Azərbaycan və ətraf regionun geoloji quruluşu haqqında biliklər;
• Nəcib və əlvan metal yataqlarının sənaye-genetik tipləri haqqında ətraflı biliklər;
• Filiz və qeyri-filiz faydalı qazıntı yataqları haqqında ətraflı biliklər;
• Yerüstü xəritəalma vərdişlərinə sahib olmaq (GPS-dən sərbəst istifadə etmək);
• Yerli və xarici mütəxəsisslərlə işləmək bacarığı;
• Çöl şəraitində yaşamaq və işləmək bacarığı;
• Yüksək dağ şəraitində işləmək bacarığı;
• Microsoft Office (xüsusən də Excel) proqramları ilə işləmək bacarığı;
• 2 ölçülü xəritəalma proqram təminatında (ArcGis) işləmək bacarığı;
• 3 ölçülü modelləşdirmə proqram təminatında işləmək bacarığı (filiz kütləsi üzrə ehtiyatların hesablanması);
• Dil bilikləri:  Azərbaycan dilində sərbəst, İngilis və Rus dillərində yaxşı səviyyədə danışıq və yazı qabiliyyəti;
• Çöl şəraitində yerinə yetirdiyi işlər haqqında müfəssəl hesabat tərtib etmək vərdişi;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, , aktivlik, çeviklik və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Bərk faydalı qazıntıların geologiyası ixtisası üzrə ali təhsil;
• Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq ” Baş geoloq” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected]  elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

____________________________

11. Geoloji kəşfiyyat şöbəsi, Geoloq  (Daşkəsən rayonu, Çovdar Filiz Emalı sahəsi)

Əsas vəzifə və öhdəliklər:

• Əvvəllər yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinin nəticələrinin araşdırılması və potensial sahələrin müəyyənləşdirilməsi;
• Kameral şəraitdə layihələrin hazırlanması;
• Çöl şəraitində yerüstü sınaqlaşdırma və xəritəalma işlərinin yerinə yetirilməsi;
• Buruq-qazma quyularına nəzarət, kern məhsullarının sənədləşdirilməsi;
• Çöl şəraitində toplanılmış materialların kameral şəraitdə işlənilməsi, müxtəlif təyinatlı cizgi, sxem, xəritə və planların eləcə də kəsilişlərin tərtibi;
• Müasir proqram təminatlarından istifadə edərək müxtəlif elementlər üzrə anomaliyaların hazırlanması;
• Əldə edilmiş nəticələr əsasında proqnoz ehtiyatların hesablanması; 
• Tələb olunan digər tapşırıqların yerinə yetirilməsi.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Azərbaycan və ətraf regionun geoloji quruluşu haqqında biliklər;
• Nəcib və əlvan metal yataqlarının sənaye-genetik tipləri haqqında ətraflı biliklər;
• Filiz və qeyri-filiz faydalı qazıntı yataqları haqqında ətraflı biliklər;
• Yerüstü xəritəalma vərdişlərinə sahib olmaq (GPS-dən sərbəst istifadə etmək);
• Yerli və xarici mütəxəsisslərlə işləmək bacarığı;
• Çöl şəraitində yaşamaq və işləmək bacarığı;
• Yüksək dağ şəraitində işləmək bacarığı;
• Microsoft Office (xüsusən də Excel) proqramları ilə işləmək bacarığı;
• 2 ölçülü xəritəalma proqram təminatında (ArcGis) işləmək bacarığı;
• 3 ölçülü modelləşdirmə proqram təminatında işləmək bacarığı (filiz kütləsi üzrə ehtiyatların hesablanması);
• Dil bilikləri:  Azərbaycan dilində sərbəst, İngilis və Rus dillərində orta səviyyəli danışıq və yazı qabiliyyəti;
• Çöl şəraitində yerinə yetirdiyi işlər haqqında müfəssəl hesabat tərtib etmək vərdişi;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, aktivlik, çeviklik və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Müvafiq sahə üzrə ali təhsil;
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq ” Geoloq” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected]  elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

____________________________

12. Geoloji kəşfiyyat şöbəsi, Coğrafi informasiya sistemləri üzrə mütəxəssis

Əsas vəzifə və öhdəliklər:

• Müxtəlif tematik xəritələrin, planların, sxemlərin hazırlanması;
• Geoloji və coğrafi məlumatların məlumat bazasına yığılması, redaktə edilməsi və düzəldilməsi;
• Müxtəlif formatda olan məkan məlumatların idxal və ixrac edilməsi.
• CİS təhlillərin aparılması;
• Köhnə skan olunmuş xəritələrdən, planlardan və kosmik təsvirlərdən məlumatların rəqəmsallaşdırılması.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Azərbaycan və ətraf regionun geoloji quruluşu haqqında biliklər;
• ArcGis, MapInfo, AutoCad və Microsoft Office (xüsusən də Excel) proqramları ilə işləmək bacarığı;
• Koordinat sistemləri, proyeksiya, datum, geod və məlumat bazaları haqqında biliklərə malik olmalı;
• Məkan məlumatları haqqında anlayışı olmalı;
• Dil bilikləri:  Azərbaycan dilində sərbəst, İngilis və Rus dillərində yaxşı səviyyəli danışıq və yazı qabiliyyəti;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, aktivlik, çeviklik və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Geoloji sahə üzrə ali təhsil;
• Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “CİS üzrə mütəxəssis” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected]   elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər