11 C
Baku
Cümə, Dekabr 3, 2021

Back end developer (Java) – Baş mütəxəssis – Bank Respublika

0
Back end developer (Java) – Baş mütəxəssis – Bank Respublika
Bakı
25.08.2021

“Bank Respublika” ASC İnformasiya Texnologiyalarının İnkişafı Departamentinə “Back end developer (Java) – Baş mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

 

  • Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
  • Yeni proqramların yaradılması.

 

Namizədə qarşı tələblər:

 

  • JAVA proqramlaşdırma dili üzrə biliklər;
  • JAVA EE işləmə prinsipi üzrə biliklər;
  • Spring Core, Spring Boot, Spring Data, Spring JPA, Spring Security üzrə biliklər;
  • RESTful API, SOAP API və HTTP-nin işləmə prinsipləri barədə anlayış;
  • GIT ilə işləmə bacarığı;
  • Docker, Elasticsearch, Nomad, CI/CD, Swagger, API Gateway, Unit testing üzrə biliklər arzuolunandır;
  • BPMN bilikləri və ya oxşar texnologiya üzrə təcrübə;
  • SQL, PL/SQL üzrə biliklər arzuolunandır;
  • Verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

 

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 06 sentyabr 2021-ci il tarixinədək email-in mövzu hissəsində Back end developer (Java)-Baş mütəxəssis qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi
X