7 C
Baku
Thursday, December 12, 2024

Bakı, Gəncə və Bərdə filialları üzrə İstehlak kreditləri üzrə kiçik/aparıcı/baş mütəxəssis – Yelo Bank

0
Bakı, Gəncə və Bərdə filialları üzrə İstehlak kreditləri üzrə kiçik/aparıcı/baş mütəxəssis – Yelo Bank
Bakı, Bərdə, Gəncə
15.07.2021

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Bakı, Gəncə və Bərdə filialları üzrə İstehlak kreditləri üzrə kiçik/aparıcı/baş mütəxəssis” vakansiyasını elan edirik.

Vəzifə öhdəlikləri:

  • Bankın Departamentinin təyin etdiyi tarif və şərtlər çərçivəsində kredit məhsulları üzrə xidmətin təşkili;
  •  Cari tariflər və qaydalar üzrə kənarlaşma təşkil edən sifarişləri baxılması üçün müvafiq komitələrə təqdim edilməsi;
  •  Xidmət zamanı müştəri məmuniyyətinin qorunmasını təmin edilməsi;
  •  Bankın kredit məhsulları barədə müştərilərin məlumatlandırılması;
  •  Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
  •  Keyfiyyətli kredit portfeli formalaşdırılması və portfelin idarə edilməsi;
  •  Ümumi fəaliyyətə dair hesabatlar hazırlanması;
  •  Verilmiş kreditlərin monitorinqinin aparılması.

Tələblər:

  •  Ali təhsil;
  •  Azərbaycan dilində sərbəst danışıq bacarığı (Rus dilini bilmək arzu olunandır);
  •  Ünsiyyətcil, təşəbbüskar olmaq;
  •  Komandada işləmək bacarığı;
  •  Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
  •  Riyazi hesablama aparmaq qabiliyyəti;
  •  Stressə davamlılıq;
  •  Yüksək qavrama, öyrənmə və insanları inandırma qabiliyyəti;
  •  İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  •  Müştəri yönümlülük
  •  İpoteka bilikləri arzuolunandır.

Biz Sizə nə təklif edirik:

  •  Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  •  Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  •  Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
  •  Müasir idarəetmə sistemi və mehriban kollektiv

Siz elektron poçtun “mövzu” yerinə uyğun olaraq “Consumer Lending_Baku”, “Consumer Lending_Ganja”, “Consumer Lending_Barda” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə  bilərsiniz.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi