10 C
Baku
Saturday, November 16, 2024

Bakı şəhərində Hüquq şöbəsinin müdiri

0
Bakı şəhərində Hüquq şöbəsinin müdiri
Bakı
19.12.2020

Şəxsi keyfiyyətlər:

o   Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;

o   Natiqlik  və yazışma bacarığı;

o   Yüksək darəcədə analitik, yaradıcılıq, təşəbbüskarlıq və tədqiqat apara bilmə qabiliyyəti;

o   Komanda ilə işləmə və o cümlədən departament daxilində qərar qəbul etmə qabiliyyəti;

o   Ünsiyyət qurabilmə qabiliyyəti;

o   Etikalı olmaq;

Peşəkar tələblər:

o   Hüquqi təhsil;

o   Azərbaycan Respublikasının müvafiq qanunlarını, Mülki məcəllə,Mərkəzi Bankın təlimatlarını  bilməsi;

o   Bu  sahədə bütövlükdə minimum iki  illik təcrübəyə malik olması;

 Vəzifə öhdəlikləri:   

  • Bank fəaliyyəti ilə bağlı normativ-hüquqi sənədlərin bazasını (kitab və ya elektron formada) yaradır.
  • Struktur vahidlərini bankdaxili qayda və əsasnamələrin hazırlanması üçün normativ sənədlərlə təmin edir. Hazırlanmış bankdaxili normativ sənədlərin qanuniliyini yoxlayır və ona rəy verir.
  • Katiblik və bankın digər strukturlarına Səhmdarların ümumi yığıncağı, Müşahidə Şurası və İdarə Heyətinin qərar, İdarə Heyəti sədrinin əmr və sərəncamlarının layihələrinin hazırlanmasında əməli köməklik göstərir, onları ekspertiza edir.
  • Kredit və girov müqavilələrinin ekspertizasını keçirir, onlarda qanunauyğunluq və bankın maraqlarının qorunması prinsiplərinə riayət olunmasını yoxlayır və rəy verir.
  • Bank fəaliyyəti ilə bağlı qanunvericilikdə olan yeniliklər barədə müvafiq struktur işçilərini məlumatlandırır və onlarla bankdaxili treyninqlər keçirir.
  • Kredit və girov müqavilələrinin, müştəri xidməti üzrə müqavilələrin, bankın digər tərəfdaşları ilə bağlanılacaq əlaqələrin qanunvericiliyə uyğun vahid formasını işləyib hazırlayır və struktur vahidlərinə verir.
  • Problemli kreditlərin ləğv olunmasında Problemli Kreditlərlərlə məşğul olan bankın struktur bölməsinə hüquqi yardım edir.

  Məsuliyyətləri :    

  •  Öz işinin nəticə və effektivliyinə
  •  Ona həvalə olunmuş vəzifələrin düzgün və vaxtı-vaxtında yerinə yetirilməsinə
  • Bankın iş prosessinə mane olan halları aşkar edib qarşısının almasına
  • Bankın Daxili İntizam Qaydalarına riayət etmək

 

CV-ləri Bakı şəhərində Hüquq şöbəsinin müdiri mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaHüquq