27 C
Baku
Thursday, July 25, 2024

Bank əməliyyatlarının uçotu şöbəsinin rəhbər müavini – Azərbaycan Hava Yolları

0
Bank əməliyyatlarının uçotu şöbəsinin rəhbər müavini – Azərbaycan Hava Yolları
27.03.2023

Vakansiyanın təsviri

  • Şirkətin bank hesabları üzərində aparılan əməliyyatlara nəzarət edilməsi;
  • Kreditlər üzrə aylıq əməliyyatların yoxlanılması;
  • Kredit və lizinqlər üzrə aylıq və rüblük hesabatların hazırlanmasına nəzarət;
  • Şirkətin kredit portfeli haqqında məlumatların rəhbərliyə təqdim edilməsi;
  • Hava gəmilərinin alışı ilə bağlı layihələrdə iştirak və sənədlərin hazırlanması
  • Bank hesabı çıxarışlarındakı əməliyyatların gündəlik olaraq mühasibat proqramına düzgün daxil edilməsinə nəzarət;
  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
  • Şənbə və bazar qeyri-iş günüdür;
  • Bayram və matəm günləri qeyri-iş günüdür;
  • Nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu

Xüsusi tələblər

 

  • Ali təhsil (Maliyyə və ya mühasibatlıq üzrə) ;
  • Maliyyə sahəsi üzrə idarəçilikdə ən azı 5 il iş təcrübəsi;
  • Kompüter bilikləri (xüsusi proqramlar): Microsoft Excel (yüksək səviyyədə), Microsoft Word (yüksək səviyyədə), 1C;
  • Kreditlərlə iş təcrübəsi;
  • İFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklərə və sertifikatlaraüstünlük verilir.
  • İngilis və Rus dili biliklərinə  üstünlük verilir;
  • Bank sektorunda təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
  • İnnovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı;
  • Qərar qəbul etmək bacarığı;
  • Hesabat hazırlamaq və proqnozlaşdırmaq bacarığı;
  • Maliyyə sahəsində tələb olunan danışıqları aparmaq bacarığı;

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər