Bakı
17.03.2023
Mühasib/Aparıcı mühasib bank əməliyyatlarının uçotu, hesabatı üzrə müxtəlif müntəzəm və təkrarlanan orta və ya mürəkkəb əməliyyatların icrasına cavabdehdir.
Vəzifə öhdəlikləri:
- Müvafiq idarələrdən daxil olan sənədlərin ödəniş üçün hazırlanmasına nəzarət;
- Bank hesabı çıxarışlarındakı əməliyyatların mühasibatlıq proqramına daxil edilməsi;
- Digər struktur bölmələrdən daxil olan sənədlərin ödənişə uyğunluğunun yoxlanılması;
- Sənədlərin vaxtında ödənişə verilməsinin təmin edilməsi;
- Ödəniş tapşırıqlarının hazırlanması;
- Kreditlər üzrə aylıq əməliyyatların həyata keçirilməsi;
- Kredit və lizinqlər üzrə aylıq və rüblük hesabatların hazırlanması;
- Kreditlər üzrə ödənişlərin vaxtında təmin edilməsi;
- Bank hesabları ilə əlaqəli hesabatların hazırlanması;
Tələblər:
- Ali təhsil (Maliyyə və ya mühasibatlıq üzrə) ;
- Maliyyə və mühasibat uçotu üzrə ən azı 2 il (mühasib)/ 4+ il(aparıcı mühasib) iş təcrübəsi;
- Kompüter bilikləri (xüsusi proqramlar): Microsoft Excel (yüksək səviyyədə), Word (yüksək səviyyədə), 1C;
- Kreditlərlə iş təcrübəsi;
- İFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklərə və sertifikatlaraüstünlük verilir.
- İngilis və Rus dili biliklərinə üstünlük verilir;
- Detallara diqqət yetirmək bacarığı;
- Problemi həll etmək bacarığı;
- Hesabat hazırlama bacarığı.
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
- Şənbə və bazar qeyri-iş günüdür;
- Bayram və matəm günləri qeyri-iş günüdür;
- Nəqliyyat şirkət tərəfindən təmin olunur;
- İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |