Vəzifə: Bankın Biznesin İnkişafı İdarəsinin Marketinq şöbəsinin mütəxəssisi
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
Maliyyə, menecment, iqtisadiyyat istiqaməti üzrə magistr təhsilin olması;
Ən azı 1 il marketinq sahəsində və ya bankda iş təcrübəsi (xidmət sektoru üzrə iş təcrübəsinin olması arzuolunandır);
Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
Analitik düşünmə qabiliyyəti;
Peşəkar səviyyədə MS Excell-dən istifadə bacarığı;
Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək bacarığı;
Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı;
İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini bilmək arzuolunandır);
İŞİN TƏSVİRİ:
Bank məhsullarının satışını, rəqabət qabiliyyətliliyini daim izləmək və təhlil etmək;
Satışların mövcud müştəri qrupları və məhsullar üzrə analitik təhlili;
Məhsullar və müştəri qrupları üzrə gəlirliliyin təhlil olunması və məhsul şərtlərinin yenilənməsinə dair təkliflərin verilməsi;
Müxtəlif müştəri və müştəri qruplarına xüsusi məhsul və xidmət şərtlərinin təqdim olunmasına dair təkliflərin hazırlanması;
Yeni bank məhsullarının yaradılması, xidmət şəbəkəsinin genişləndirilməsi, xidmətin keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılması ilə bağlı təkliflər hazırlamaq;
Bankın filial/şöbələrinin satış potensialının tam şəkildə istifadə edilməsi üçün tədbirlərin planlaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
Məhsul və xidmətlər üzrə satış üsullarını, alətlərini və kanallarını müəyyən etmək və mütəmadi təkmilləşdirmək.
QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq. CV – lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E – mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |