Vəzifə: Bankın “Neftçala” filialının Müştəri xidməti şöbəsinin mütəxəssisi
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Neftçala
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali təhsil;
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır ;
• Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
• Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Mükəmməl kommunikasiya və insanları inandırma qabiliyyəti;
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Kompyuter bilikləri
İŞİN TƏSVİRİ:
• Müştərilərə bankın bütün məhsul və xidmətlərinə dair məlumatın verilməsi, satışın həyata keçirilməsi;
• Fiziki və hüquqi şəxslərə, onların istəklərinə və qanunvericiliyə uyğun bütün növ hesabların açılması, bu hesablar üzrə əməliyyatların aparılması və hesabların bağlanılması;
• Bank əməliyyatlarının aparılması.
QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq. CV – lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E – mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34
İşin aid olduğu sahə
Kateqoriya | Əməliyyatçı |