28 C
Baku
Saturday, July 27, 2024

Bankın proqram sisteminin inkişafı şöbəsi, Biznes analitik – Yelo Bank

0
Bankın proqram sisteminin inkişafı şöbəsi, Biznes analitik – Yelo Bank
27.04.2023

Vakansiyanın təsviri

  • Layihələrin idarə edilməsinə dəstək;
  • Layihə sənədləşməsinin hazırlanması və onların gerçəkləşməsinə mane olan problemlərin həllinə dəstək;
  • Sistemlərdəki dəyişikliklərə dair tələblərin təhlili;
  • Layihələr üzrə hesabatların hazırlanması;
  • Texniki şöbə ilə əlaqəli iş sorğularını və layihə fəaliyyətlərini müvafiq bölmələr arasında idarə və koordinasiya etmək;
  • Mövcud proseslərin səmərəliliyi və mümkün olan optimizasiyasının auditinə dəstək;
  • Təcrübələrə və sənaye həllərinə əsaslanaraq arzu olunan hədəflərə çatmaq üçün alternativ həllər təklif etmək;
  • Bank və əlaqəli sistemlərin inkişafı və təkmilləşdirmə sahəsində layihələrin müstəqil təşəbbüsü və reallaşması;
  • Layihələrin effektiv realizasiyasını, əlaqələndirilməsini və idarəetməni təmin edilməsinə dəstək olmaq;
  • Layihələrin gerçəkləşməsi çərçivəsində bankın bölmələri arasında qarşılıqlı əlaqələrin təkmilləşdirilməsi;
  • Layihələrin gerçəkləşməsi çərçivəsində bölmələrin qarşılıqlı əlaqələri üzrə metodoloji və reqlamentli sənədlərin və layihələrin tətbiqi metodologiyasının aktual vəziyyətdə dəstəklənməsi  və işlənməsi;
  • Bankın proqram təminatlarının dəstəyi;
  • Biznes proseslərini və iş proseslərini, həmçinin onların mövcud və  gələcək proqram təminatları ilə əlaqələrini anlamaq və  sənədləşdirmək;
  • Təklif olunan layihələrin miqyasını, faydalarını və  riklərini optimallaşdırmaqla biznes istifadəçilərinə və  İT rəhbərliyinə dəstək olunması, istifadəçilərin və rəhbərliyin gözləntilərinin idarə etməkdə dəstək;
  • Layihələrin icrası üçün daxili resursları və üçüncü tərəfi/təchizatçıları əlaqələndirmək;
  • Bütün layihələrin vaxtında, əhatə dairəsi daxilində  və  büdcə çərçivəsində icrasını təmin etmək;
  • Layihələri biznes keys, planlama, icra və  tamamlanması daxil, başlanğıcdan sona qədər tam olaraq idarə etmək;
  • Verilən hədəf, vaxt və büdcə daxilində layihələri idarə etmək;
  • Təqdimat mərhələsinə, layihə əsasnaməsinin və  layihə planının hazırlanmasına, həmçinin icrasına, layihənin monitorinqi və bağlanmasına cavabdeh olmaq.
  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Tibbi sığorta proqramına qoşulma imkanı;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Xüsusi tələblər

  • Bankdaxili və kənar proqram təminatları ilə iş təcrübəsi (GNI, JIRA, Telescope, Azəricard və s.);
  • SQL, PL/SQL biliklərinin olması;
  • AR-nın banklar və  bank fəaliyyəti haqqında qüvvədə olan qanunvericiliyi, AR MB-nın filialların və  kredit təşkilatlarının bölmələrinin fəaliyyət məsələləri üzrə  normativ sənədləri, əmək qanunvericiliyi haqqında bilik;
  • Microsoft Office, bank və digər xüsusi proqramların istismarı;
  • Güclü analitik, təşkilatı və ünsiyyət bacarıqları;
  • Vəzifələri prioritetləşdirmək və  buna əsasən içlərin icrasını təşkil etmək;
  • Müstəqil və  komanda mühitindəişləmə bacarığı.
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi