27.04.2023
Vakansiyanın təsviri
- Layihələrin idarə edilməsinə dəstək;
- Layihə sənədləşməsinin hazırlanması və onların gerçəkləşməsinə mane olan problemlərin həllinə dəstək;
- Sistemlərdəki dəyişikliklərə dair tələblərin təhlili;
- Layihələr üzrə hesabatların hazırlanması;
- Texniki şöbə ilə əlaqəli iş sorğularını və layihə fəaliyyətlərini müvafiq bölmələr arasında idarə və koordinasiya etmək;
- Mövcud proseslərin səmərəliliyi və mümkün olan optimizasiyasının auditinə dəstək;
- Təcrübələrə və sənaye həllərinə əsaslanaraq arzu olunan hədəflərə çatmaq üçün alternativ həllər təklif etmək;
- Bank və əlaqəli sistemlərin inkişafı və təkmilləşdirmə sahəsində layihələrin müstəqil təşəbbüsü və reallaşması;
- Layihələrin effektiv realizasiyasını, əlaqələndirilməsini və idarəetməni təmin edilməsinə dəstək olmaq;
- Layihələrin gerçəkləşməsi çərçivəsində bankın bölmələri arasında qarşılıqlı əlaqələrin təkmilləşdirilməsi;
- Layihələrin gerçəkləşməsi çərçivəsində bölmələrin qarşılıqlı əlaqələri üzrə metodoloji və reqlamentli sənədlərin və layihələrin tətbiqi metodologiyasının aktual vəziyyətdə dəstəklənməsi və işlənməsi;
- Bankın proqram təminatlarının dəstəyi;
- Biznes proseslərini və iş proseslərini, həmçinin onların mövcud və gələcək proqram təminatları ilə əlaqələrini anlamaq və sənədləşdirmək;
- Təklif olunan layihələrin miqyasını, faydalarını və riklərini optimallaşdırmaqla biznes istifadəçilərinə və İT rəhbərliyinə dəstək olunması, istifadəçilərin və rəhbərliyin gözləntilərinin idarə etməkdə dəstək;
- Layihələrin icrası üçün daxili resursları və üçüncü tərəfi/təchizatçıları əlaqələndirmək;
- Bütün layihələrin vaxtında, əhatə dairəsi daxilində və büdcə çərçivəsində icrasını təmin etmək;
- Layihələri biznes keys, planlama, icra və tamamlanması daxil, başlanğıcdan sona qədər tam olaraq idarə etmək;
- Verilən hədəf, vaxt və büdcə daxilində layihələri idarə etmək;
- Təqdimat mərhələsinə, layihə əsasnaməsinin və layihə planının hazırlanmasına, həmçinin icrasına, layihənin monitorinqi və bağlanmasına cavabdeh olmaq.
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Tibbi sığorta proqramına qoşulma imkanı;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Xüsusi tələblər
- Bankdaxili və kənar proqram təminatları ilə iş təcrübəsi (GNI, JIRA, Telescope, Azəricard və s.);
- SQL, PL/SQL biliklərinin olması;
- AR-nın banklar və bank fəaliyyəti haqqında qüvvədə olan qanunvericiliyi, AR MB-nın filialların və kredit təşkilatlarının bölmələrinin fəaliyyət məsələləri üzrə normativ sənədləri, əmək qanunvericiliyi haqqında bilik;
- Microsoft Office, bank və digər xüsusi proqramların istismarı;
- Güclü analitik, təşkilatı və ünsiyyət bacarıqları;
- Vəzifələri prioritetləşdirmək və buna əsasən içlərin icrasını təşkil etmək;
- Müstəqil və komanda mühitindəişləmə bacarığı.
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |