Bakı
12.02.2025
Vəzifənin funksiyaları:
- Bazar iştirakçılarının davranışlarında potensial sistem risklərini müəyyən etmək və onların qarşısını almaq üçün tədbirlər təklif etmək;
- Bank sektorunda rəqabət mühitinin şəffaflığını və sağlamlığını qiymətləndirmək, bazarda dominant mövqeyə malik subyektlərin təsirini təhlil etmək;
- Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirmək;
- Bankların bazar davranışlarının yerli və beynəlxalq normativ tələblərə uyğunluğunu təhlil etmək və uyğunsuzluq halları barədə hesabat hazırlamaq;
- Bank məhsullarının bazar şərtlərinə uyğunluğunu, şəffaflığını və istehlakçı hüquqlarına təsirini araşdırmaq;
- Bank sektorunda bazar iştirakçılarının davranışlarını müşahidə etmək, qiymətləndirmək və potensial riskləri müəyyən etmək;
- Banklarda bazar manipulyasiyalarına yol verməməsi üçün analitik alətlərin tətbiqi və risklərin araşdırılması;
- Şöbənin funksiyarına aid müxtəlif hesabatların, təqdimatların hazırlanmasında iştirak;
- Departamentin əməliyyat planına müvafiq olaraq şöbənin vəzifələrinə dair hədəflərin müəyyən edilməsində iştirak;
Texniki kompetensiyalar
- Bank və valyuta qanunvericiliyi sahəsində biliklər (orta səviyyədə)
- Bank nəzarəti sahəsində Bazel Komitəsinin prinsipləri üzrə biliklər (İlkin səviyyədə)
- İqtisadiyyat və maliyyə sahəsində ümumi biliklər (orta səviyyədə)
- Təqdimat və yazı bacarığı (orta səviyyədə)
Təcrübə
- Maliyyə sektorunda və ya iqtisadi sahədə 2 il
Təhsil
- Ali təhsil (iqtisadi/maliyyə)
Dil bacarığı
- Azərbaycan dili (əla səviyyədə), İngilis dil (yaxşı səviyyədə)
Kompüter bacarıqları
- MS Office proqramları (yaxşı səviyyədə)
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |