“Xalq Həyat” Sığorta Şirkəti ASC
Vəzifə: Banklarla iş şöbəsinə kiçik mütəxəssis/mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr.,22 L.
Öhdəliklər
• Şirkətə yeni bank müştərilərinin cəlb olunmasını təmin etmək;
• Banklarla görüşlər keçirmək;
• İT platformanın banklarda təqdimatını etmək;
• Müqavilələri müştərilərə çatdırmaq;
• Mövcud bank müştəriləri ilə əlaqələri genişləndirmək;
• Cari portfel üzrə həftəlik və aylıq hesabatları hazırlamaq;
• Müştərilərin problemlərini operativ şəkildə aradan qaldırmaq;
• Şirkətə aid müqavilə nüsxələrini banklardan yığmaq;
• Bank vasitəsilə sığorta bazarının təhlilini aparmaq;
• İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək .
Tələblər
• Ali təhsil;
• Ms Office proqramında orta istifadəçi səviyyəsində işləmək bacarığı;
• Sığorta sahəsində 2 il iş təcrübəsi (Sığorta sahəsi üzrə);
• Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti ( ingilis dili arzu olunandır) ;
• Sürücülük vəsiqəsinin olması mütləqdir.
Fərdi keyfiyyət tələbləri:
Yüksək analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönlülük, nəticəyə meyillilik bacarığı, məlumat toplamaq və təhlil etmək bacarığı, danışıqlar aparmaq, dinləmə, məlumatın düzgün ötürülmə bacarıqları, yazı qabiliyyəti, konfliktlərin və stressin idarə edilməsi, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmək bacarığı, özünütəkmilləşdirmə bacarığı, təşəbbüskarlıq və yenilikçilik bacarığı.
Qeyd: CV-lər azərbaycan dilində, “Xalq Həyat” Sığorta Şirkətinin saytında yerləşdirilmiş CV formasını doldurmaqla göndərilməlidir. Əks halda tələblərə uyğun olmayan və mail-da mövzu qismində “Banklarla iş şöbəsinə kiçik mütəxəssis/mütəxəssis” qeyd olunmayan “CV”-lərə baxılmayacaq.
Əlaqə vasitəsi:
E – mail: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |